Mask Ukraynanın Rusiya qırıcılarını qırmasından yazdı: Bu, gələcəyin müharibəsidir
Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hurriyyet.az xəbər verir ki, amerikalı milyarder İlon Mask sahibi olduğu X şəbəkəsində Rusiyanın strateji aviasiyasına Ukraynanın Təhlükəsizlik Xidmətinin pilotsuz uçuş aparatları ilə hücumu barəsində paylaşmaya şərh verərkən dronları - müharibənin gələcəyi adlandırıb.
Söhbət iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən "Pautina" ("Hörümçək toru") xüsusi əməliyyatından gedir.
"Sequoia Capital" şirkətinin sahiblərindən olan Şon Maquayr X şəbəkəsində yazıb: "Ukraynanın indicə həyata keçirdiyi hücum müharibə tarixində dönüş nöqtəsi oldu. Yüzlərlə PUA havaya qalxaraq Rusiyanın 1000 km dərinliyində 40-a yaxın təyyarəni vurub. qiyməti 1 milyon dollardan az olan dronlar 1 milyarddan artıq zərər vurub. Mühüm infrastruktur artıq təhlükəsizlikdə deyil".
Mask Maquayranın bu paylaşmasına şərhində yazıb: "Dronlar - müharibənin gələcəyidir. Pilotlu aviasiya - yox".
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 02 İyun 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















