Icma.az
close
up
RU
MASK UKRAYNAYA QARŞI ““Starlink”i söndürsəm, Ukrayna çökəcək”

MASK UKRAYNAYA QARŞI ““Starlink”i söndürsəm, Ukrayna çökəcək”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Donald Trampın və dünyada sağçı millətçi siyasi qrupların əsas tərəfdarlarından olan milyarder İlon Mask Ukraynaya qarşı açıq çağırışlarını daha da gücləndirib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, amerikalı milyarder Ukrayna ordusu üçün mühüm əhəmiyyət kəsb edən “Starlink” rabitə sistemini söndürə biləcəyinə eyham vurub. O deyib ki, “Starlink” sistemi Ukrayna ordusunun onurğa sütunudur və onu söndürsə, Ukrayna Silahlı Qüvvələrinin cəbhə xətti dağılacaq: "Mən Putini sözün əsl mənasında Ukrayna üzərində təkbətək döyüşə çağırmışdım və mənim “Starlink” sistemim Ukrayna ordusunun onurğa sütunudur. Mən onu söndürsəm, onların bütün cəbhə xətti çökəcək. Mənim ürəyimi bulandıran Ukraynanın qaçılmaz olaraq uduzacağı və dalana dirənmiş qırğın illəridir. Həqiqətən maraqlanan, həqiqətən düşünən və anlayan hər kəs istəyir ki, bu ətçəkən maşın dayansın”.

İlon Mask həmçinin, Ukraynanın ən zəngin on oliqarxına qarşı sanksiyalar tətbiq etməyə çağırıb. O, Ukraynaya qarşı maliyyə sanksiyaları barədə rəy bildirənlərin fikirlərini dəstəkləyib. Onun fikrincə, hətta Ukraynada bu halda müharibə daha tez bitər: "Ukraynanın ən varlı 10 oliqarxına, xüsusən də Monakoda malikanələri olanlara sanksiya tətbiq edin və bu, dərhal dayandırılacaq. Bu, tapmacanın açarıdır".

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Mart 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri