Mask və Bezosun şirkətləri Paris kosmik sammitindən çıxdılar
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
İlon Maskın "SpaceX" və Ceff Bezosun "Blue Origin" şirkətləri də daxil olmaqla, Birləşmiş Ştatların dörd aparıcı özəl kosmik müəssisəsi 9–10 sentyabr tarixlərində keçirilməsi planlaşdırılan Paris Kosmik Sammitində iştirak etməyəcəyini bəyan edib.
Banco.az xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Parisdə qəbul edilən bu gözlənilməz qərar birbaşa Ağ Evin şirkətlərin rəhbərliyinə göstərdiyi siyasi təzyiqlərlə əlaqələndirilir.
"SpaceX" və "Blue Origin"lə yanaşı, məşhur raket istehsalçısı "Stoke Space" və kosmosda ilk məlumat mərkəzini (data-center) qurmağı hədəfləyən "Starcloud" startapı da Paris forumunda iştirakdan imtina edib.
Adı çəkilən bütün şirkətlər qərarları barədə təşkilatçıları artıq rəsmi qaydada məlumatlandırıblar.
Fransa tərəfi amerikalı tərəfdaşlarla əməkdaşlığı davam etdirmək niyyətində olduğunu, lakin Vaşinqtonun strateji kurs dəyişiklikləri və siyasi təzyiqlərinin bu süni maneələri artırdığını qeyd edib.
Baxış sayı:133
Bu xəbər 04 Sentyabr 2026 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















