Maskdan Ukraynaya zərbə: Starlink in hərbi versiyası məhdudlaşdırıldı
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
“SpaceX” şirkətinin baş direktoru İlon Maskın Ukraynanın müharibə zonasında rabitə və dron əməliyyatları üçün istifadə etdiyi “Starlink” peyk xidmətinin hərbi versiyasını yavaşlatmaq barədə göstəriş verdiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə və məsələ ilə tanış olan şəxslərə istinadən bu barədə məlumat yayıb.
Qəzetin məlumatına görə, Mask ötən həftə Ukraynanın hərbi əməliyyatlarda istifadə etdiyi peyk rabitəsi xidmətinin sürətinin azaldılması barədə göstəriş verib.
İddia olunur ki, xidmətin məhdudlaşdırılması Ukraynanın Rusiyaya qarşı hücumlar və hava hücumundan müdafiə məqsədilə həyata keçirdiyi dron əməliyyatlarına mane olub.
“The Wall Street Journal” yazır ki, İlon Mask və ABŞ Prezidenti Donald Tramp bu qərardan əvvəl “Starlink” xidmətinin işinin yavaşladılması məsələsini müzakirə ediblər.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 21 Oktyabr 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















