Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub Hansı avantajları var?
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Amerikalı iş adamı İlon Maskın qurucusu olduğu "Neuralink" şirkəti insan beyninə yerləşdirilən çiplər vasitəsilə düşüncə gücü ilə kompüter idarəsini mümkün edən beyin-kompüter interfeysi layihəsini həyata keçirib.
Şirkət bu texnologiyanın tibbdə və texnologiya dünyasında yeni bir dövr açacağını bildirərək, beyin çipi implantasiyası üçün 10 min nəfərin növbədə olduğunu açıqlayıb.
Şirkət ilin sonuna qədər 13 nəfərə beyin çipi yerləşdirməyi planlaşdırır. Bu sınaqlarda yalnız motor neyron xəstəliyi və ya onurğa zədəsi səbəbindən iflic olan şəxslər iştirak edə bilir.
Lakin İlon Mask gələcək nəsil çiplərin, bədənində hər hansı fiziki məhdudiyyət olmayan insanlara da bu çiplərin taxıla biləcəyini bildirib.
Maskın sözlərinə görə, gələcəkdə bu çiplər bir sıra fövqəladə funksiyalara sahib olacaq:
- Musiqini birbaşa beyində ifa etmək;
- Görmə qabiliyyətini itirən insanlara yenidən görmə imkanı vermək;
- İnsanlar arasında telepatiya yolu ilə ünsiyyət yaratmaq.
Mask bu texnologiyanın insanlara müəyyən mənada ölümsüzlük qazandıra biləcəyini də vurğulayıb.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 12 Oktyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















