Icma.az
close
up
RU
Maştağada evləri su basdı VİDEO

Maştağada evləri su basdı VİDEO

Sabunçu rayonu, Maştağa qəsəbəsində evləri su basıb, həyətyanı sahələrdə bataqlıq əmələ gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Sadıqcan küçəsi, 213 ünvanında yaşayan sakinlər bildiriblər ki, 1 aydan çoxdur, evləri bilinməyən səbəbdən su basıb.

Sakinlər deyib ki, ərazidə kanalizasiya xətləri yoxdur, suyun dayanmadan artması evlərə ciddi zərər vurur. 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, əraziyə qəza xidməti göndərilib və yerindəcə araşdırma aparılıb. Qeyd olunan ünvanda Xidmətə aid içməli su şəbəkəsi mövcud deyil, əraziyə toplanan qrunt sularıdır.

Ətraflı “Xəzər TV”nin hazırladığı süjetdə:

seeBaxış sayı:72
embedMənbə:https://bakivaxti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri