Maştağada qadın öldürüldü 27 yaşlı oğlu saxlanıldı
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda qətl törədilib. Avtosfer.az xəbər verir ki, dünən saat 20 radələrində 1997-ci il təvəllüdlü Qasım Abbas oğlu Məmmədovun yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsindəki evdə anası 1978-ci il təvəllüdlü İlhaməni bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib.
Qadın hadisə yerində ölüb. Q.Məmmədov polis əməkdaşları tərəfindən tutulub.
Bildirilib ki, gənc oğlan əvvəllər xuliqanlıq və narkotiklə bağlı cinayətlərə görə məhkum edilib.

