Icma.az
close
up
RU
® “Mastercard” “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir AZƏRTAC

® “Mastercard” “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mastercard” Azərbaycanda dayanıqlı şəhər nəqliyyatını təkmilləşdirmək məqsədilə “Bakı Taksi Xidməti” MMC, ABB və APAR velosiped icarəsi xidməti ilə əməkdaşlığa başlayıb.

ABB və APAR xidməti ilə birgə layihə

APAR şəhərin əsas bölgələrində 700 ekoloji təmiz pedallı velosiped və 200 e-velosipedi istifadəyə verir, “Mastercard” və ABB tərəfdaş kimi taksi təşəbbüsünü mükəmməl şəkildə tamamlayır. ABB-dən əldə edilən “Mastercard” kartlarının istifadəçiləri pedallı velosipedlər üçün abunəliklərdə 50 faiz endirim əldə edəcəklər. Eyni zamanda, bütün “Mastercard” istifadəçiləri elektrikli velosipedlərə aid xüsusi stimullardan faydalana biləcəklər. İstifadəçilər üçün velosiped axtarışı, gəzintiyə başlama və icarə idarəsi üçün rahat mobil tətbiq təqdim olunacaq.

“Bakı Taksi Xidməti” istifadəçiləri üçün eksklüziv “Mastercard” üstünlükləri

Ekoloji cəhətdən təmiz elektrik taksilərinin istifadəsinə təşviq etmək məqsədilə “Baku Taxi” MMC “Mastercard” kart istifadəçiləri üçün eksklüziv kampaniyaya start verib: Mobil ödənişlərə bir il ərzində 10 faiz endirim təklif olunur. Bu təşəbbüs sakinləri və qonaqları təmiz nəqliyyata təşviq edərək, emissiyaları azaldır və dayanıqlılığı dəstəkləyir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədr müavini Natiq Dadaşov AYNA tərəfindən paytaxt ərazisində mikromobillik infrastrukturunun inkişafı və xüsusilə yaxın məsafələrə səfərlər zamanı əhalinin bu növ nəqliyyat vasitələrindən istifadəyə təşviq edilməsi məqsədilə 35 kilometrə yaxın mikromobillik zolağı salındığını diqqətə çatdırıb. Həmçinin taksi sahəsində xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən yeniliklərin müsbət nəticələrinin müşahidə edildiyini bildirib.

“Mastercard”ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal bu təşəbbüslərdən məmnunluğunu ifadə edərək bildirib: ““Bakı Taksi Xidməti” və ABB ilə əməkdaşlıq edərək Azərbaycanda şəhər mobilliyini təkmilləşdirməkdən qürur duyuruq. İnnovativ nəqliyyat həlləri təqdim edərək hər kəs üçün daha təmiz və əlçatan seçimlər yaratmağı hədəfləyirik”.

Bu tərəfdaşlıq vasitəsilə “Mastercard”, “Bakı Taksi Xidməti”, ABB və APAR Azərbaycanda şəhər həyatını yaxşılaşdırmaq, emissiyaları azaltmaq və dayanıqlı nəqliyyat həllərini təşviq etmək məqsədilə hər kəs üçün daha yaşıl bir gələcəyin qurulmasına töhfə verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri