Icma.az
close
up
RU
Matç zamanı müəyyən emosiyalara qapılıb öz etirazımı sərt bildirsəm də... Qurban Qurbanov

Matç zamanı müəyyən emosiyalara qapılıb öz etirazımı sərt bildirsəm də... Qurban Qurbanov

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Bu gün Misli Premyer Liqasının XVIII turu çərçivəsində "Qarabağ" doğma meydanda "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Vacib bir qələbə qazandıq. Möhkəm bir komandaya qarşı oynayırdıq. Oyunçularım xarakter göstərdilər. belə qarşılaşmalarda oyunu ələ almaq elə də asan deyil. Hər bir pauza, hər bir cərimə zərbəsi rəqibin üstülüyü demək idi. Hər bir halda futbolçularım qalib gəlmək üçün əllərindən gələni etdilər".

- Adətən Avropadakı səfər matçlarından sonra Premyer Liqada 2-ci heyətlə meydana çıxırsız. Lakin bu matçda bunu görməməyimiz çempionluq yarışındakı ciddi rəqabətin olduğu anlamına gəlirmi?

- Bəli, bu hallar çox olur. Baxmayaraq ki, Liverpuldan 6 saatlıq yol gəlmişdik. Yorğunçuluq var idi. Mənim qorxum bu qrafikdə zədə ilə bağlı idi. Şükürlər olsun ki, zədə baş vermədi. Əvvəllər də səfər matçlarından sonra əsas heyətlə oynamışıq. 

- Beynəlxalq matçlardakı təcrübənizə əsaslanaraq bizim hakimlərə nə kimi tövsiyə edə bilərsiniz?

- Onlara tövsiyə etməyə ehtiyac yoxdur. Mən ancaq onlara uğurlar arzu edə bilərəm. Oyun çox dayanırdı. Elçin Məsimov oyunlarda olanda adətən mən daha çox rahat oluram. Avropa təcrübəsi çox olduğuna görə bu hiss məndə olur. Matç zamanı müəyyən emosiyalara qapılıb öz etirazımı sərt bildirdim. İlk hissədən sonra onunla söhbət etdim və etirazımın nə ilə bağlı olduğunu dilə gətirdim. Normal qarşıladı. Oyun tez-tez dayananda futbolçuların da ritmi pozulur. Amma onlar daha yaxşı bilirlər.

- İbrahima Vadji ilə bağlı qırmızı epizodu və qoldakı ofsayd şübhəsi ilə bağlı düşüncələriniz?

- Mən istəmirəm ki, sadə epizodlarda qırmızı vərəqə olsun. Həmin epizodda qırmızı vərəqə verilməməsini doğru hesab edirəm. Qoldakı ofsayd şübhəsi ilə bağlı onu deyə bilərəm ki, biz öz kameramızdan baxdıq və doğru qərar verildiyini düşünürəm. 

- Çempionlar Liqasındakı uğurunuzla bağlı müəyyən klublar təbrik paylaşımı etmədilər.Bu sizi üzmür ki?

- İnanın ki, daha dərindən maraqlanmamışam kim təbrik edib, kim yox. Amma dünya praktikasında bu cür hallar var. Yəni rəqabət olan yerdə bunu normal qarşılayıram. 

- "Sabah"ın bu cür yüksəlişi sizi çempionluq yarışında həyacanlandırırmı?

- "Sabah"ın yüksəlişi təbii ki, bizi bir komanda olaraq narahat edir. Amma digər tərəfdən də sevindirir ki, bu rəqabət bizi də irəliyə doğru aparır. 

- "Nyukasl"la matçdan əvvəl "Şamaxı" və "İmişli" ilə səfər qarşılaşmalarınız var. Bu stadionlarda oynamaq zədələnmə riski ilə əlaqədar sizi narahat edirmi?

- Çox narahatam. "Nyukasl"la maçdan əvvəl 2 Şamaxı səfərimiz var, biri kubokda biri çempionatda. "İmişli" ilə matçda da Qubadakı meydançanın vəziyyəti bizi narahat edir. Müəyyən rotasiyalar olacaq, amma müəyyən futbolçuların oyun təcrübəsinə ehtiyac var. 

Orxan Həsənquluyev

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://sportal.az
archiveBu xəbər 01 Fevral 2026 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see379

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see265

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see227

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see209

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see205

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see178

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see170

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see168

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see167

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see164

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see164

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see153

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see153

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see151

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see149

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri