Icma.az
close
up
RU
Mateuş Koxalski: “Sumqayıt” məğlub olsa da, yaxşı mübarizə apardı”

Mateuş Koxalski: “Sumqayıt” məğlub olsa da, yaxşı mübarizə apardı”

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Yaxşı oyun keçirdik. Qalib gəldiyimiz üçün sevinirəm. Daha 3 xal qazandıq. Hər şey yaxşıdır. “Sumqayıt” məğlub olsa da, yaxşı mübarizə apardı”.

İdman.biz xəbər verir ki, bunu Futbolxeber.az-a “Qarabağ”ın qapıçısı Mateuş Koxalski Azərbaycan Premyer Liqasının 33-cü turunda “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Polşalı qolkiper “Qarabağ”la ilk dəfə çempionluq sevinci yaşadığı üçün xoşbəxt olduğunu bildirib: “Çempion olmaq çox gözəl hissdir. Növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacağıq. Bu turnirdə oynamaq mənim arzumdur. Nəinki mənim, məncə, hər futbolçu qitənin 1 nömrəli klub turnirində çıxış etməyi arzulayır”.

O, növbəti matçlarda motivasiya baxımından problem yaşamayacaqlarını vurğulayıb: “Düzdür, artıq çempionluğu təmin etmişik. Qarşıdakı turlar bizim üçün əhəmiyyət daşımır. Lakin bu, motivasiyamıza hər hansı şəkildə təsir edə bilməz. Hamının arzusu hər matçda qələbə qazanmaqdır. Bu oyunlarda baş məşqçi rotasiyalar edir. Komandamızda güclü rəqabət var. Hər kəs öz mövqeyi uğrunda mübarizə aparır”.

25 yaşlı qolkiper növbəti turda “Araz-Naxçıvan”a qarşı keçiriləcək matçdan da söz açıb: “Çətin olacaq. “Araz-Naxçıvan” çox yaxşı oynayır. Fiziki cəhətdən də çox güclüdürlər. Onlarla mübarizə hər zaman çətindir. Bununla belə, məqsədimiz hər matçda olduğu kimi qalib gəlməkdir”.

Koxalski növbəti mövsümdə də “Qarabağ”ın uğurları üçün çalışacağını söyləyib: “Qarabağ”da hər şey məni qane edir. Üstəlik, klubla daha 2 illik müqaviləm var”.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 May 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri