Icma.az
close
up
RU
Mateuş Koxalskidən sensasion çağırış: “Məni aparın” FOTO

Mateuş Koxalskidən sensasion çağırış: “Məni aparın” FOTO

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasında “Nyukasl”a qarşı keçirilən oyunlardan sonra İngiltərə Premyer Liqasında çıxış etmək istədiyini açıq şəkildə bəyan edib. Koxalski "Nyukasl"a qarşı oyundan sonra Eddi Houya müraciətlə, "gəl və məni apar" ifadəsini işlədib. İki oyunun cəmində qapısından doqquz qol buraxmasına baxmayaraq, 25 yaşlı qolkiper göstərdiyi oyunla rəqib tərəfin rəğbətini qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə İngiltərənin "The Sun" nəşri yazıb. Koxalskinin performansı xüsusilə “Nyukasl”ın ulduzu Entoni Qordon tərəfindən yüksək qiymətləndirilib. Bakıda keçirilən və “Qarabağ”ın 1:6 hesablı məğlubiyyəti ilə başa çatan ilk görüşdə polşalı qapıçı komandasının ən yaxşısı olub. O, həmin oyunda səkkiz seyv edərək hesabın daha da böyüməsinin qarşısını alıb. Çərşənbə axşamı baş tutan cavab qarşılaşmasında (2:3) isə o, daha beş dəfə komandasını qoldan xilas edib.

Hazırda “Nyukasl”ın baş məşqçisi Eddi Hau yeni qapıçı axtarışındadır. İcarə əsasında komandada olan Aaron Ramsdeylin çıxışı rəhbərliyi tam qane etmədiyi üçün klubun transfer siyahısında “Mançester Siti”nin üzvü Ceyms Traffordun da adı var. Lakin Koxalski bu çıxışı ilə həm Haunun, həm də digər Premyer Liqa klublarının diqqətini çəkəcəyinə ümid edir.

Koxalski “Nyukasl”la oyundan sonra İngiltərə mətbuatına geniş müsahibə verib. O, doqquz qol buraxmasına baxmayaraq, göstərdiyi oyunun Premyer Liqa skautlarının diqqətindən qaçmadığına ümid etdiyini bildirib.

“Sun Sport” nəşrinin yazdığına görə, 25 yaşlı qolkiper karyerası ilə bağlı iddialı hədəflərini bölüşüb:

“İngiltərəyə transfer olunmaq mənim ən böyük xəyalımdır. Ümid edirəm ki, bu oyunları təkcə azarkeşlər izləməyib. Premyer Liqa və ya Çempionşip klublarının skautlarının məni izlədiyinə və gələcəkdə transferimə çalışacaqlarına ümid edirəm. İki oyuna doqquz qol buraxdığım üçün, əlbəttə ki, xoşbəxt deyiləm. Lakin insanların çıxışım barədə müsbət danışması mənim üçün böyük motivasiyadır”.

Koxalski ilk matçda ona dörd qol vuran Entoni Qordonun oyunsonu ona yaxınlaşaraq dəstək verdiyini də vurğulayıb:

“Künc zərbəsi zamanı etdiyim səhvdən sonra Entoni Qordon yanıma gəldi və dedi: “Qəzəblənmə, sən çox yaxşı qapıçısan, belə də davam et”. Belə böyük oyunçudan bu sözləri eşitmək mənə əlavə güc verir”.

Polşa millisinə çağırılmağı hədəfləyən qapıçı gələn ay keçiriləcək Dünya Çempionatının pley-off mərhələsi barədə də danışıb:

“Milli komandada oynamaq da əsas hədəflərimdən biridir. Böyük liqalarda çıxış edən təcrübəli qapıçılarımız çoxdur, lakin ümid edirəm ki, pley-off oyunlarına və Dünya Çempionatına çağırılacağam. Təbii ki, son qərar məşqçinindir”.

Qeyd edək ki, 2024-cü ildə “Qarabağ”a transfer olunan Mateuş Koxalski daha əvvəl Polşanın “Legiya Varşava” və “Stal Melets” klublarında çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Fevral 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri