Icma.az
close
up
RU
Matvienko ABŞ rəsmisi ilə İstanbulda nə danışıb? Yeddi saatlıq görüşlə bağlı GİZLİ MƏQAMLAR KONKRET

Matvienko ABŞ rəsmisi ilə İstanbulda nə danışıb? Yeddi saatlıq görüşlə bağlı GİZLİ MƏQAMLAR KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-da hakimiyyət dəyişikliyi dünya nizamında xeyli canlanma yaradıb. İkinci dəfə prezident seçilən Donald Trampının Ukrayna münaqişəsiylə bağlı siyasi kursu birmənalı qarşılanmır. Bayden administrasiyası dönəmində ABŞ-ın Rusiya ilə bağlı siyasəti, onu zəiflətmək üçün sanksiyalar tətbiq etməsi Ukraynaya dəstək idi. İndi isə Ağ Ev kursunu dəyişərək Rusiya ilə danışıqlara başlayıb. Əvvəlcə Səudiyyə Ərəbistanında, daha sonra isə Türkiyədə keçirilən ABŞ-Rusiya görüşlərində əsasən regional məsələlər və Ukrayna müharibəsi müzakirə olunub.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Ramiyyə Məmmədova bildirib ki, danışıqlarda Rusiya-Ukrayna münasibətlərindən daha çox Rusiya-ABŞ əlaqələri önəm daşıyır:

“İstanbuldakı ABŞ konsulluğunda Rusiya Federasiya Şurasının sədri Matvienko ilə Amerikanın yüksək diplomatik şəxsləri arasında görüş keçirildi. Yeddi saatlıq görüşdən sonra açıqlama verilmədi. Açıqlamanın verilməməməsi artıq bir çox suallar yaradır. Müzakirələrin əsas mövzusu gələcək perspektivlər, bundan öncəki münasibətlər, Bayden zamanında əlaqələrin pisləşməsi və hazırda Donald Trampın son bir ayda verdiyi bütün bəyanatlar olub. Hazırda Amerika Rusiya-Ukrayna müharibəsində münasibətləri normallaşdırmağa çalışır. İndi ona nə dərəcədə nail olacaq, bunu zaman göstərəcək. Hazırda masaya təkcə Ukraynadakı müharibə deyil, eyni zamanda Avropanın da gələcəyi ilə bağlı mövzu qoyulmuşdu. Çünki Avropanın göstərdiyi münasibət digər məsələlərdə öz əksini tapır. Britaniyanın baş naziri ABŞ-da səfərdə olarkən açıqlama verdi ki, sövdələşmədən başqa Amerikanın Avropa və Rusiyaya qarşı münasibəti tamamilə yanılışdır. Çünki Amerika prezidentinin verdiyi bəyanatlar Avropanı çətin vəziyyətə salır. Avropa məcburdur ki, öz gücünə arxalansın. İndi Qərb səhnədə tək qalır və ən yaxın müttəfiqi onlara dirsək göstərir. Təbii ki, “köhnə qitə” ilə Amerikanın üz-üzə gəlməsi yaxşı heç nə vəd etmir. Hətta ABŞ-ın NATO-dan çıxmaq istəməsi də Aİ-ni çətin duruma sala bilər. Əgər bu, baş verərsə dünyada yeni hərbi blokun yaranma ehtimalı olacaq. İstanbuldakı görüşdə də Avropa ilə ABŞ arasında yaranan gərginlik müzakirə olunub. Rusiya ilə bərabər Avropayla münasibətlər də yaxşı vəziyyətdə deyil. Böyük ehtimalla bütün bunlar gələcəkdə Putin-Tramp görüşünə hazırlıq xarakteri daşıyır”.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Mart 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri