Icma.az
close
up
RU
Mavi gözlü Xəzər təhlükədədir: Volqa su verməsə, çətin olacaq

Mavi gözlü Xəzər təhlükədədir: Volqa su verməsə, çətin olacaq

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 80-ci

sessiyasındakı çıxışı zamanı Xəzər dənizinin səviyyəsinin azalması problemini də qabardıb.

Çıxışı zamanı cənab Prezident 3 il əvvəl də bu problemi gündəmə gətirdiyini xatırladıb: “2022-ci

ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin

pozulması məsələsini qaldırdım. Bu gün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır.

Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün

Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan, həmçinin həmin problemin həlli üçün

BMT ilə də sıx əməkdaşlığa hazırdır”. Prezident İlham Əliyev dünya ölkələrini bu ekoloji

böhranla mübarizədə həmrəy olmağa, birgə fəaliyyət göstərməyə çağırıb. Qeyd edək ki, BMT-

nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Türkmənistanda keçirilən Üçüncü

Konfransında da Xəzərin dayazlaşması qlobal problem olaraq müzakirəyə çıxarılmışdı. BMT-nin

Baş katibi Antonio Quterreş dünya birliyini dənizə çıxışı olmayan ölkələri dəstəkləmək üçün

səylərini artırmağa çağıraraq, "onlar həm inkişaf etməkdə olan ölkələr kimi, həm də dənizə çıxışı

olmayan ölkələr kimi ikiqat əziyyət çəkirlər. Bu, onların ticarət imkanlarını məhdudlaşdırır,

idxalı daha baha edir, ixracın rəqabət qabiliyyətini azaldır və beynəlxalq bazarlara çıxışı

çətinləşdirir", söyləmişdi. Konfrans çərçivəsində Xəzəryanı dövlətlərin hökumət rəsmiləri

səviyyəsində keçirilən iclasda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin

Mustafayev çıxışında Xəzərin səviyyəsinin aşağı düşməsinin bütün regionda narahatlıq

doğurduğunu, bu problemin hələ 2022-ci il Aşqabad Sammitində Azərbaycan Prezidenti

tərəfindən qaldırıldığını və Bakıda beştərəfli ekspert qrupunun ilk toplantısının təşkilinə

hazırlıqların davam etdiyini vurğulayıb. Əlavə olaraq, tədbirdə Xəzər dənizinin ekosistemində

baş verən dəyişikliklərin sosial-iqtisadi və ekoloji aspektləri geniş şəkildə müzakirə olunub. Su

səviyyəsindəki dəyişikliklərin sahilyanı ərazilərdəki həyat şəraitinə və regional inkişaf

proseslərinə mümkün təsirləri diqqət mərkəzində olub. Ş.Mustafayev qeyd etmişdi ki, səviyyə

dəyişikliklərinin mənfi təsirlərinin minimuma endirilməsi üçün elmi-tədqiqat əməkdaşlığının

genişləndirilməsi, balıqçılığın, gəmiçiliyin və biomüxtəlifliyin qorunması sahəsində birgə

proqramların həyata keçirilməsi zəruridir. İclas zamanı Xəzər dənizində baş verən dəyişikliklərin

öyrənilməsi üçün ümumi standartlar və yanaşmalar formalaşdırmağa imkan verəcək çoxtərəfli

qarşılıqlı fəaliyyət mexanizminin işə salınması təşəbbüsü irəli sürülüb. Baş nazirin müavini qeyd

edib ki, Xəzərin dayazlaşması ilə bağlı beştərəfli ekspert qrupunun ilk toplantısının Bakıda

keçirilməsinə hazırlıqlarına başlanılıb.

Dünyada iqlim böhranı yaşandığı, bir çox su höfzələrinin quruma, yox olmaq təhlükəsi ilə qarşı-

qarşıya qaldığı bir zamanda Xəzər probleminin ali kürsüdən səsləndirilməsi vacib addımdır. Bəli,

Xəzər xilas gününü gözləyir, gözləyə-gözləyə də azalır, kiçilir. “Mavi gözlü” Xəzərimizin xilası

üçün təcili, təxirəsalınmaz addımlar atılmalıdır. Ekoloq Rövşən Abbasov Sherg.az-a  açıqlamasında

qeyd etdi ki, Xəzəri sağlamlaşdırmaq və dayazlaşmanın qarşısını almaq üçün konkret fəaliyyət

planı işlənməlidir:

- Bu fəaliyyət planında əsas məsuliyyət Rusiyanın üzərinə düşməlidir. Çünki Xəzər dənizini

suyla təmin edən əsas mənbə Volqa çayıdır. Xəzərə suyun 80 faizi Volqa çayı vasitəsilə gəlir.

Fəaliyyət Planında konkret olaraq göstərilməlidir ki, hansı ildə Volqadan ötürüləcək suyun

miqdarı nə qədər azaldılacaq, yəni Volqadan Xəzərə hansı miqdarda su gələcək və bununla bağlı

da Xəzərin suyu nə qədər arta və ya azala bilər. Bu fəaliyyət planı qəbul olunsa, Xəzərin

sağlamlaşması mümkün olacaq. Yox əgər qəbul edilməsə, məsələ çox çətindir.

Ekoloq bildirdi ki, Xəzərin dayazlaşmasının digər səbəbləri arasında dənizə çirkab sularının

axıdılması, dənizin çirkləndirilməsi, sahilyanı ərazilərdə plansız tikililərin aparılması da var.

Ümumən dənizin eko-sistemi sağlamlaşdırılmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Sentyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri