Icma.az
close
up
RU
Volqa çayında su anbarlarının tikilməsi və təsərrüfatlara yönəldilməsi Xəzər dənizinin səviyyəsində azalmaya təsir göstərir

Volqa çayında su anbarlarının tikilməsi və təsərrüfatlara yönəldilməsi Xəzər dənizinin səviyyəsində azalmaya təsir göstərir

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. 2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırdım. Bu gün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan, həmçinin həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır.Xəzər dənizinin qurumasının başqa hansı səbəbləri ola bilər və qarşısı necə alına bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan ekoloq Sadiq Həsənov bildirib ki, İlk dəfə olaraq Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi 1930-1940-cı illərdə olmuşdur: “Xəzər dənizində ümumiyyətlə səviyyənin ölçülməsi və nəzarət olunması hələ Çar Rusiyasının dövründə 1850-ci ildə başlamışdır. Yəni səviyyədə olan tərəddüdlər o zamanlar az da olsa baş verdiyindən, bu müşahidələrin aparılmasına ehtiyac yaranmışdır. Bu da 5 nöqtə üzrə - Bakıda, Həştərxanda, Qazaxıstanda, Türkmənistanda aparılır. Əsasən şimal zonalarında səviyyənin göstəriciləri müşahidə olunur. İlk dəfə olaraq Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi 1930-1940-cı illərdə olmuşdur. Kənd təsərrüfatının yeni inkişaf dövrü başlamışdır. Bu zaman suya tələbat artdığından və su ehtiyacı yarandığından su səviyyəsinin azalması müşahidə olunmuşdur. Sonradan su səviyyəsində 1977-ci ildə artım baş vermişdir. Artıq Xəzər dənizi özünün ən yüksək səviyyəsinə - 29 metrəyə qədər artmışdır və nəzərə alaq ki, Xəzər dənizi dünya dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir.

1990-cı ildə səviyyənin artması müşahidə olunmuşdur. Bu artım 26 metrəyə qədər davam etmişdir. Bundan sonra artıq Xəzər dənizində 2000-ci ildən başlayaraq səviyyənin aşağı düşməsi müşahidə olunur. Əvvəllər az getsə də, son dövrlərdə, xüsusilə səviyyənin aşağı düşməsi artmışdır və 2024-cü ilin sonlarında, 2025-ci ilin 1-ci yarımilliyində azalma -29 metrəyə çatmışdır. Yəni bu azalma 2,5; 3 metrəyə qədər çatır və son illərdə bu azalma ildə 15-20 sm-ə qədər baş verir və bu isə ən yüksək göstəricidir”.

Sadiq Həsənov

Sadiq Həsənov vurğulayıb ki, Xəzər dənizini 82 % su ilə Volqa çayı təmin edir: “Burda təkcə cənab prezidentin BMT-nin 80-ci sessiyasında səsləndirdiyi qeyd etdiyi kimi iqlim dəyişmələri deyil, burda antropogen təsirləri, yəni insan faktoru var. Xüsusilə Xəzər dənizini 82 % su ilə Volqa çayı təmin edir. Rusiya tərəfindən Volqa çayının üzərində çoxlu su anbarları tikilmişdir. Məlumatlara görə, Volqa çayı həmin iri su anbarlarına yönəldiyindən Volqa çayının axımında kəskin azalma baş vermişdir və eləcə də, Kür çayının azalması da baş vermişdir. Terek və Ural çaylarının Şimaldan Qazaxıstan arasına keçərək tökülməsində də azalmalar baş vermişdir. Faktiki olaraq Xəzər dənizinə su axımı xeyli dərəcədə azalmışdır. Eyni zamanda iqlim dəyişmələrinin buu azalmalara təsiri var. Buxarlanmanın istiləşmə ilə bağlı səviyyəsi artmışdır. Ancaq əsas təsir kənd təsərrüfatında suya ehtiyacın artması həm Azərbaycanda Kür çayından götürülən suyun həcminin artması, Terek, Ural çaylarında artması, Volqa çayında su anbarlarının tikilməsi və təsərrüfatlara yönəldilməsi Xəzər dəninizin qurumasının, yəni səviyyəsinin aşağı düşməsinin göstəriciləridir. Burda vəziyyətdən çıxış yolu tapmaq üçün Xəzər dənizinin daha da geri çəkilməsinin qarşısını almaq üçün ilk növbədə Rusiya ilə danışıqlar aparmaq çox vacibdir. Cənab prezident də bunları nəzərdə tutaraq sessiyada qeyd etmişdir. Burada BMT-nin təsiri lazımdır ki, danışıqlar aparılsın. Rusiya müəyyən qədər Volqa çayının su ehtiyatlarının azalmasına imkan verməsin və köməklik etsin. Düzdür, Volqa çayının da iqlim dəyişmələri ilə bağlı Atlantik okeanından gələn rütubətli hava kütlələrinin azalması müşahidə olunur, ancaq bu səviyyədə azalması təsərrüfat fəaliyyətlərinə bağlıdır. Mən düşünürəm ki, Azərbaycan, Qazaxıstan və Rusiya birlikdə işçi komissiyası yaratmaqla, bu problemin həllinə yardım etməlidirlər”.

Ekoloq qeyd edib ki, Xəzər dənizi Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran üçün çox mühüm bir dənizdir: “Bu istiqamətdə Azərbaycan hökuməti COP29-da bu məsələni qaldırdı. Artıq BMT-nin tribunasında bu məsələlər səsləndi. Təəssüf ki, Rusiyadan müsbət reaksiyalar görsənmir. Çünki Rusiyanın mövqeyi burda önəmlidir. Bildiyimiz kimi Xəzərin şimalı ən dayaz hissədir. Rusiya üçün Xəzər dənizi o qədər də önəmli deyil. Ancaq Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran üçün Xəzər dənizi çox mühüm bir dənizdir.

Xəzər dənizinin geri çəkilməsi ekoloji iqtisadi fəlakətlərlə müşahidə olunacaq. Ekoloki fəlakət odur ki, su geri çəkildikcə, sahələr böyüyəcək və burda olan yüzillərlə toplanmış çirkablar üzə çıxacaq, ətraf mühitə mənfi təsir edəcək. İqtisadi təsiri odur ki, limanların tikintisini daha dərinə çəkmək lazım olacaq, əlavə pullara ehtiyac yaranacaq. Ümid edək ki, Rusiya bu məsələdə bir az daha operativ və optimal bir variantda Xəzər dənizinin səviyyə göstəricilərinin stabilləşməsinə köməklik edəcək”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Oktyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see226

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see214

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see182

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see142

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see137

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see135

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see135

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see133

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see132

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see131

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see123

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see123

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see122

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see122

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri