Icma.az
close
up
RU
Mayakovski yox, Vurğun!: Qardaşlığın poeziyası bəzən tək bir misrada gizlənir

Mayakovski yox, Vurğun!: Qardaşlığın poeziyası bəzən tək bir misrada gizlənir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ərdoğan durub Mayakovskinin şeirlərini əzbərləməyəcək ki? Əlbəttə ki, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin şeirlərini oxumalıdır”


“Ankara ilə Bakı arasında, Şuşa ilə İstanbul arasında, Laçınla Qars arasında... Bu körpülərdən keçənlər səmimiyyəti, sevgini, vəfa borcunu görürlər”

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Laçında, 28 May – Müstəqillik Gününə həsr olunan konsertdən əvvəl Xalq şairi Səməd Vurğunun şeirindən parça səsləndirməsi və “Biz həmişə gözbəbəyimiz Azərbaycanın yanında olacağıq” sözləri həm simvolik, həm də dərin mənəvi əhəmiyyət daşıyır. Bu jest bir neçə mühüm aspekti ilə diqqət çəkib. Səməd Vurğun Azərbaycan ədəbiyyatının və milli kimliyinin simvollarından biridir. Ərdoğanın onun şeirinə müraciət etməsi Azərbaycan xalqının duyğularına birbaşa toxunmaq, ortaq tarix və mədəniyyətə ehtiram nümayiş etdirmək anlamına gəlir. Bu, yalnız diplomatik deyil, həm də xalqlar arasında mənəvi bağların gücləndirilməsinə yönəlmiş addımdır.

  “Rəbbim Azərbaycan-Türkiyə qardaşlığını daim etsin” ifadəsi sırf siyasi bəyanat deyil, mənəvi təmənna və dəyərdir. Ərdoğanın bu sözləri və şeirlə verdiyi mesaj göstərir ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər sadəcə dövlətlərarası əlaqə deyil, dərin emosional və mədəni bağlara əsaslanır. Bu sözlərin və şeirin məhz işğaldan azad olunmuş, bərpa edilən və yenidən qurulan Laçında səsləndirilməsi də təsadüfi deyil. Laçın həm rəmzi, həm də strateji əhəmiyyət daşıyır. Ərdoğanın bu şəhərdə səsləndirdiyi şeir və qardaşlıq mesajı, Türkiyənin Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyin ən aydın simvoludur. Ərdoğanın bu jesti həm də Türkiyənin türk dünyasında və müsəlman ölkələri arasında mənəvi liderlik rolunu gücləndirən bir nümunədir. O, təkcə siyasi yox, həm də mədəni və mənəvi təsir gücünün ifadəsinə çevrilən bir lider obrazını möhkəmləndirir. Bu cür çıxışlar dövlətlərarası münasibətlərin quru diplomatiyadan daha artıq olduğunu, xalqların yaddaşına və qəlbinə toxunan güclü mesajlarla möhkəmləndiyini göstərir. Ərdoğanın Səməd Vurğuna müraciəti, əslində, “biz eyni kökdən, eyni ruhdan gəlirik” deməyin ən incə və təsirli yoludur.

Millət vəkili Elçin Mirzəbəyli də Sherg.az-a açıqlamasında deyib ki, Şərq xalqlarında sözün emosional dəyəri var. Bu müstəvidə  Rəcəb Tayyib Ərdoğanın öz xitablarında poeziyadan istifadə etməsi  ənənəvi haldır: 


“Şərq xalqlarının tarix boyu dilə, sözə, ədəbiyyata və xüsusilə poeziyaya verdiyi dəyər bir mədəniyyət kodu, mənəvi irs kimi nəinki qorunur, həm də siyasi müstəvidə özünü göstərir. Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarında poetik duyğulara yer verməsi təkcə ritorika deyil, siyasi-estetik mövqe, milli-mənəvi bağlılıq nümunəsidir. Bu, onun xarizmasının bir parçasıdır”.


  Millət vəkilinin sözlərinə görə, bu ənənəvi üslub Azərbaycan siyasi liderliyinə də xasdır: 

“Ulu Öndər Heydər Əliyev məhz sözün, poeziyanın böyük daşıyıcısı kimi çıxışlarında Səməd Vurğunun misralarını ruhla səsləndirərdi. O da Azərbaycan poeziyasının nümunələrindən məharətlə istifadə  etməyi gözəl bacarırdı.

 Bu, yalnız bir siyasi alət yox, xalqla qəlb bağının poetik təzahürü idi. 

 Prezident Ərdoğanın Laçında səsləndirdiyi Səməd Vurğun şeiri də bu tarixi ənənənin davamı, iki dövlət – bir millət idealının poetik dillə ifadəsidir.

Ərdoğanın şeirə münasibəti isə sadəcə estetik deyil – onun siyasi portretinin ayrılmaz hissəsidir. Zamanında bir şeir parçasına görə məhkum olunmuş liderin bu gün həmin poetik ruhla azadlığın, qardaşlığın və milli kimliyin carçısı kimi çıxış etməsi bir simvolizmdir. O, bir şeirlə zindana salındı, bir şeirlə isə milyonların qəlbinə yol tapdı.

  Əlbəttə ki, bu cür şeirlər təkcə mədəni təzahür deyil – onlar siyasi simvollardır. Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin misralarını oxuyan bir lider öz mesajını yalnız Azərbaycana deyil, bütün dünyaya çatdırır: “Biz varıq, biz birlikdəyik, bizim sözümüz var”. Əgər bu, kimlərisə narahat edirsə, deməli, sözün hələ də gücü var. Biz çətin günlərdə bir-birimizin yanında, arxasında  olmuşuq. Qardaşın-qardaşa dayaq olması qədər də təbii heç nə yoxdur. Qardaş qardaşa olan sevgisini də istədiyi dildə, o cümlədən poetik dildə ifadə edə bilər. Bu baxımdan Ərdoğanın Azərbaycanda şeir oxuması kimə xoş gəlmirsə, hansı ölkəni qıcıqlandırırsa öz işləridir.  Ərdoğan durub Mayakovskinin şeirlərini əzbərləməyəcək ki? Əlbəttə ki, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin şeirlərini  oxumalıdır.

  Ərdoğan durub Mayakovski oxuyacaq deyil – onun dili bizim dilimizdir, onun poetik yaddaşı bizim ədəbiyyatımızla nəfəs alır. Qardaşlığın poeziyası bəzən tək bir misrada gizlənir. Hər misra bir körpü olur: Ankara ilə Bakı arasında, Şuşa ilə İstanbul arasında, Laçınla Qars arasında... Bu körpülərdən keçənlər səmimiyyəti, sevgini, vəfa borcunu görürlər”.


  E.Mirzəbəylinin vurğuladığı kimi, bu sevgi bəzən poetik dillə, bəzən siyasi jestlə, bəzənsə sadəcə bir baxışla ifadə olunur. Və bu sevgi, bu qardaşlıq, bu poetik ittifaq bizim coğrafiyada ən güclü ittifaqlardan biridir. Qoy bu səs, bu şeir, bu duyğu daim Laçın səmasında dolaşsın, bölgəyə sülh, mədəniyyət və mənəvi zənginlik gətirsin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 May 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri