Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Qardaşlığın mədəni təntənəsi

Qardaşlığın mədəni təntənəsi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, ölkəmizdə dekabrın 14-də Heydər Əliyev Mərkəzindən start götürən Özbəkistan Mədəniyyət Günləri davam edir.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Özbəkistan Respublikasının Mədəniyyət Günləri çərçivəsində təşkil edilən konsert proqramı öz parlaq və yaddaqalan məzmunu ilə seçilib.

Bu mədəni layihə Azərbaycanla Özbəkistan arasında mövcud olan yaradıcılıq əlaqələrinin inkişafı və qarşılıqlı mədəni əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşımaqla Özbəkistan Dövlət Simfonik Orkestrinin ifasında təqdim olunub. Orkestrin bədii rəhbəri və baş dirijoru, Azərbaycanın “Dostluq” ordeninə layiq görülmüş, Özbəkistanın Xalq artisti Kamoliddin Urinbayev konserti yüksək peşəkarlıq və zövqlə idarə edib. Konsert proqramı orkestrin ifasında M.Hacıyevin “Bayram uvertürası” ilə açılıb. Əsərin enerjili ritmi və bayram ovqatı ilk andan zalda xüsusi əhvali-ruhiyyə yaradaraq dinləyiciləri öz təsiri altına salıb.

Proqramın davamında Əməkdar artist Sahib Paşazadənin (tar) iştirakı ilə Hacı Xanməmmədovun tar və orkestr üçün 2 nömrəli konsertinin II və III hissələri səsləndirilib. Solistlə orkestrin vəhdətdə nümayiş etdirdiyi texniki dəqiqlik və emosional dərinlik ifanı dinləyicilər üçün daha təsirli edib və təqdimat alqışlarla qarşılanıb.

Sonrakı nömrədə Xalq artisti Yeganə Axundovanın (piano) solist kimi iştirakı ilə Fikrət Əmirov və E.Nəzirovanın piano və orkestr üçün yazdığı “Ərəb mövzularına konsert” əsərinin final hissəsi ifa olunub. Əsərin melodik zənginliyi, milli çalarları və virtuoz piano partiyası konsertə xüsusi bədii rəng qatıb.

Proqram dünya simfonik musiqisinin şah əsərlərindən biri – Rimski-Korsakovun “Şəhrizad” simfonik süitası ilə yekunlaşıb. Bu əsər Şərq nağıllarının poetik ruhunu əks etdirərək orkestrin şəffaf, dəqiq və yüksək peşəkarlıqla səsləndirdiyi ifada tamaşaçılara unudulmaz musiqi təəssüratı bəxş edib.

***

Dekabrın 18-də isə Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyət Günləri ilə bağlı ölkəmizdə səfərdə olan qonaqlar Şuşa şəhərinə səfər ediblər.

Şuşanın tarixi, Azərbaycanın mədəniyyət və ədəbiyyatına bəxş etdiyi şəxsiyyətlər, Ermənistanın işğalı altında olduğu müddətdə şəhərin tarixi-mədəni irsinə qarşı həyata keçirilən vandalizm barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun misli görünməmiş qəhrəmanlığı nəticəsində şəhər 28 illik işğaldan azad edilib. Qısa müddət ərzində şəhərdə sürətli bərpa-quruculuq işləri aparılıb, tarixi və dini abidələr yenidən qurulub, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurda qayıdışı təmin olunur.

Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının “mədəniyyət paytaxtı” missiyasını uğurla yerinə yetirdiyi də nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Səfər çərçivəsində şəhərdə Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri, Natəvanın evi, Natəvan bulağı, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi və Bülbülün ev-muzeyi ilə tanışlıq olub. Şuşanın tarixi-mədəni və dini məkanları, təbii zənginlikləri özbək qonaqlarda unudulmaz təəssürat yaradıb.

Belə səfərlər qardaş xalqlar arasında mədəni bağların və dostluğun daha da möhkəmlənməsinə töhfə verir.

***

Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyət Günlərinə dekabrın 18-də Füzuli şəhər Mirzə Uluqbəy adına məktəbdə yekun vurulub.

Özbəkistan Mədəniyyət Günləri ilə bağlı qardaş ölkənin Mədəniyyət Nazirliyinin rəhbər heyəti, tanınmış incəsənət nümayəndələri və aparıcı bədii kollektivləri Füzuliyə gəliblər. Qonaqlar şəhəri ziyarət ediblər.

Sonra Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilib. Bildirilib ki, mədəniyyət günlərinin məqsədi Özbəkistanla Azərbaycan arasında dostluq əlaqələrini daha da möhkəmləndirmək, humanitar əməkdaşlığı inkişaf etdirmək və iki ölkə arasında mədəni dialoqu genişləndirməkdir.

Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunan mədəniyyət günlərinin bağlanış mərasimində geniş bədii proqram təqdim edilib. Konserti Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədov, Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və Füzuli şəhər sakinləri izləyiblər.

Xatırladaq ki, daha əvvəl 2023-cü ildə Bakıda Özbəkistan Mədəniyyət Günləri, 2024-cü ildə isə Daşkənddə Azərbaycan Mədəniyyət Günləri keçirilib.

Ləman TƏHMƏZ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri