Icma.az
close
up
RU
Maydan sonra əfv sərəncamı imzalana bilər KONKRET

Maydan sonra əfv sərəncamı imzalana bilər KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ramazan ayının gəlişi ilə bir çox müsəlman ölkələrində humanizm və mərhəmət mesajları fonunda mühüm qərarlar qəbul edilir. Azərbaycanda da əvvəlki illərdə Novruz bayramı ərəfəsində və ya may ayında Prezident tərəfindən əfv sərəncamları imzalanıb. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi fonunda Prezident İlham Əliyev yeni amnistiya təşəbbüsünü irəli sürüb. Ötən il mayın 26-da da əfv sərəncamı həyata keçirilib.

Bu il də əfv sərəncamının verilib-verilməyəcəyi maraqla gözlənilir.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, Azərbaycanda əfv sərəncamları demək olar, hər il bir dəfə imzalanır və bu, ölkə Prezidenti tərəfindən həyata keçirilir:

“İndiyədək 70-dən çox əfv sərəncamı imzalanıb və bu sərəncamlar vasitəsilə 10 mindən artıq məhkumun hüquqları bərpa edilib. Cəmiyyətdə hər il Novruz bayramı və ya may ayının yaxınlaşdığı dövrlərdə əfv sərəncamı ilə bağlı müəyyən gözləntilər yaranır və insanlar bu barədə fikirlərini ifadə edirlər. Əfv sərəncamının qəbul edilməsi tamamilə ölkə Prezidentinin iradəsindən asılıdır və onun nə zaman veriləcəyi ilə bağlı öncədən konkret bir proqnoz vermək mümkün deyil”.

O bildirib ki, ötən il də əfv sərəncamı imzalanıb və hazırda yeni sərəncamın hazırlanması və icrası prosesi başlanmayıb. Bu səbəbdən yaxın vaxtlarda əfv sərəncamı ilə bağlı konkret məlumat vermək düzgün olmaz:

“Ötən il dekabr ayının sonunda Milli Məclis tərəfindən qəbul edilən geniş miqyaslı amnistiya aktı da əfv sərəncamlarına bənzər şəkildə cəzanın yüngülləşdirilməsi və məhkumların hüquqlarının bərpası istiqamətində mühüm addım olub. Onun sözlərinə görə, amnistiya aktının icrası prosesi təxminən 4 ay müddətində davam edir və bu müddət başa çatdıqdan sonra əfv sərəncamı ilə bağlı qərarların verilməsi mümkündür”.

Nuriyev vurğulayıb ki, hazırda əfv sərəncamının verilməsi prezidentin qərarına əsaslanır:

“Bu baxımdan, əfv sərəncamının nə zaman veriləcəyi və hansı məhkumlara şamil olunacağı barədə yalnız müvafiq rəsmi açıqlamalardan sonra dəqiq məlumat almaq mümkün olacaq. Yaxın bir ayda əfv sərəncamının imzalanması planlaşdırılmır, lakin maydan sonrakı dövr üçün əfv sərəncamı gözlənilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Mart 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri