“Mayın 9 da Aİ XİN rəhbərləri Kiyevdə görüşəcəklər”
Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
“Mayın 9-da Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Avropa Gününü qeyd etmək üçün Kiyevdə toplaşacaqlar”.
Missiya.Az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan Noel Barrot “LCI” televiziya kanalına müsahibəsi zamanı məlumat yayıb.
"Avropa xarici işlər nazirləri mayın 9-da Kiyevdə görüşmək niyyətindədirlər. Mən mütləq orada olacağam", - deyə siyasətçi vurğulayıb.
Barrot həmçinin qeyd edib ki, 9 May Rusiya Prezidenti Valdimir Putinin rejimi üçün müqəddəs məna daşıyır. Avropalı diplomatlar Ukrayna ilə həmrəylik nümayiş etdirmək üçün həmin gün Kiyevə toplaşacaqlar.
"9 mayda Putin Moskvada böyük bayram planlaşdırır. Onlar üçün bu, Qələbə günüdür. Bizim üçün həmin gün Ukrayna ilə həmrəylik günü olacaq", - deyə siyasətçi vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 18 Aprel 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















