Icma.az
close
up
RU
Mayın al rəngi...

Mayın al rəngi...

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Neçə-neçə illər əvvəl bir jurnalistin qələmə aldığı yazıda belə fikir yer almışdı: “Mənə elə gəlir ki, dünyada hər şeyin rəngi var. Rəngi olanları, gözlə görünənləri demirəm. Onsuz da bəllidir ki, pambıq ağdır, günəş dan yerindən boylananda qırmızıdır, dəniz mavidir, bahar yaşıldır. Mən deyirəm ki, səsin də rəngi var. Mən deyirəm ki, insan arzularının, uşaq təbəssümünün, insan xasiyyətinin də rəngi var. Məsələn, azadlığın, bu azadlıq uğrunda gedən mübarizənin rəngi, məncə, qırmızıdır. Bayraq kimi, qan kimi, torpağın sinəsini yarıb çıxan qıpqırmızı nar kimi!”

Həqiqətdir, deyilmi? Müəlliflə yüzəyüz razılaşaraq demək istəyirəm ki, nəinki hiss və duyğuların, hətta həyatda ayrı-ayrı günlərin, ayların, bəlkə də hadisələrin də öz rəngi var. Məsələn, mənim nəzərimdə may ayının rəngi qırmızıdır. Təbii ki, may ayını mənim nəzərimdə qırmızı rəngə boyayan həm də gənclik illərimi yaşadığım sovet dövrünün bəzi bayram və hadisələridir...

Mayın birinci iki günü dünya zəhmətkeşlərini həmrəylik günü kimi qeyd olunan möhtəşəm bayram nümayişi keçirilərdi. Al-qırmızı geyinmiş adamlar əllərində qırmızı bayraq və şarlar tutaraq nümayişə çıxar, öz səslərini dünya zəhmətkeşlərinin səsinə qatardı.

Bundan bir həftə sonra 20 milyon nəfərin al qanı hesabına başa gələn Qələbə bayramı qeyd olunardı. Sinəsi orden-medallı Böyük Vətən müharibəsi veteranları, əsgər və döyüşçülər mərkəzi tribuna önündən keçər, gəzintiyə çıxardılar.
Mayın 19-u boynu qırmızı  qalstuklu məktəblilər pioner təşkilatının yaranması gününü bayram kimi qeyd edərdilər.

Təqvimdə qırmızı rəngə boyanmasa da, may ayında neçə-neçə digər bayramlar da var idi: sovet mətbuatı günü, radio günü, Afrikanın azadlığı günü, kimyaçı günü, sərhədçi günü...

Mayı qırmızı boyayan təkcə bunlardımı? Gömgöy çəmənliyin, yamyaşıl taxıl zəmisinin içində qırmızı bayraq kimi yellənən, alov dillərini xatırladan lalələr elə bil mayla əkiz doğulub. Şair ilhamı həmin lövhəni misralara çevirib:

Çiçəklərin yanağına qonan şeh
Boz dumanın dodağının nəmidir.
Göy çəməndə dalğalanan lalələr
Elə bildim od vurulmuş zəmidir.

Mayın axırlarında təzə-təzə dənzərən, barlı budaqları üstündə sığırçın və sərçələrin nəğmə dərsi başlanan gilas ağacı... Barlı budaqlardan sallanan qızılı-sarı meyvələr qır-qızıllarını boyun-boğazına taxmış toya gedən gəlini xatırladır.
Al-əlvan gül-çiçəklərin sərgi açdığı, qızılgülün xoş ətrinin bağ-bağçaya yayıldığı may ayı...

May ayı mənimçün rəngbərəng kəpənəklərin çəməndə güldən-gülə, çiçəkdən-çiçəyə qonduğu ilıq bir yaz günüdür.
May ayı çəhrayı çiçəkləri hasarlardan boylanan ərik ağacı, təzəcə biçilmış ot qoxusu, sünbülləri dən tutan yamyaşıl buğda zəmisinin təmizliyi, saflığıdır:

Şehli sünbüllərin əzizliyini
Suyunu bal kimi içəndə gördüm.
Dünyanın ən böyük təmizliyini
Zəmi qırağından keçəndə gördüm...

May ayı – son dəfə çalınan məktəb zəngi, kim üçünsə irəlidə qırmızı yaylıq kimi yellənən tətil günləri, kimisə ilğım kimi çağıran həyat yollarıdır.

May ayı mənim nəzərimdə əlində bir dəstə gül tutan cavan bir oğlanın tələsdiyi ilk görüş, günəşin hərarətindən bir qədər yüngülləşmək üçün pencəyin  qolun üstünə atılması, həsrət, intizar dolu günlərdən sonra əsgərin evə dönməsidir.

May ayı divarlarına qırmızı gəbələr vurulmuş toy mağarı, həyətlərdə çalınan “Vağzalı” sədasıdır. İndi əsassız şəkildə yasaq qoyulan toy bu aya necə də yaraşır!

Mənim nəzərimdə may ayı ilıq bir yaz günü doğum evindən çıxan cavan bir ata-ananın qucağındakı ağappaq bələyin içindəki körpədir. O cavan ata-ana mənim ata-anamdır, qucaqlarındakı körpə də mənəm. Bəlkə də elə mayda doğulduğuma görə bu ay mənə belə doğma gəlir...

Bir də may ayı evimizin kəllayı otağında qırmızı döşəmə üstünə yığılmış üstü qırmızı iplərlə bağlanmış hədiyyələrdir. Ağlım kəsəndən sonra ilk dəfə mənə keçirilən ad günü və  qohum-qardaşın, dost-tanışın gətirdiyi bağlamalar...

Təqvimdəki may ayını mənimçün qırmızı rəngə boyayan onunla bağlı olan unudulmaz naxışlardır və görünür, vaxtilə qələmə aldığım misralar da elə bu hisslərdən doğulub:

Axşam günəş batan çağı “qan ağlar”,
Səhər-səhər dan üzüdü qırmızı.
Zirvəsində tonqal çatıb bu dağlar,
Şimşək-şimşək od-közüdü qırmızı.

Qayaların küləyin çap, yelin min,
Oxşayışı darağıdı telimin.
Xətirinə kim dəyibdi laləmin –
Nişanlımın bənizidi qırmızı.
Boz qayanın zirvəsindən sürüşdüm,
Harayıma sal-sal daşı axışdı...
Ləpirləri qar üstündə naxışdı –
Yalquzağın qan izidi qırmızı.
Bu dağların dərəsi var bərəli,
Qəzəbi var ildırımlı-nərəli.
Yaylıq kimi, dəsmal kimi sərili
Yaşılyelən çöl-düzüdü qırmızı.
Laləli düz, güllü çəmən zər ələr,
Xınalı daş cığırları dəstələr...
Günəşin də oxuduğu nəğmələr
Qırmızıdı, qırmızıdı, qırmızı...

Süleyman QARADAĞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri