Maykl Ceksonun Super Bowl şousu haqqında sənədli film çəkiləcək
Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.
Əfsanəvi pop müğənnisi Maykl Ceksonun televiziya tarixinə damğa vuran 1993-cü il "Super Bowl" şousundan bəhs edən sənədli film çəkiləcək.
Kulis.az xəbər verir ki, "Hulu" və "ESPN" platformalarının birgə istehsalı olan "Spectacle: Michael Jackson at the Super Bowl" adlı ekran işi gələn ilin fevral ayında yayımlanacaq.
Bao Nguyenin rejissorluğu ilə ərsəyə gətirilən film Ceksonun indiyədək nümayiş olunmayan arxiv kadrlarını əks etdirir.
1993-cü ildə "Jam", "Billie Jean", "Black or White" və 3 min uşağın xorla müşayiət etdiyi "We Are the World" ifaları ilə "Super Bowl" reytinqlərini alt-üst edən bu unikal performansın şounu necə qlobal fenomene çevirdiyi xronoloji ardıcıllıqla təqdim olunacaq.
Baxış sayı:148
Bu xəbər 14 Oktyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















