MB sədri: Manatın məzənnəsinin sabitliyinin qorunması başlıca amil olacaq
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, 2026-cı ildə illik inflyasiya 5,7 faiz gözlənilir. Növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək. Məzənnə sabitliyi 2026-cı ildə qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək".
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zamanı Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
"Pul siyasəti alətlərindən istifadə zamanı maliyyə bazarlarında baş verən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınacaq. Maliyyə sektoru üzrə prioritetlər 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyasına uyğun həyata keçiriləcək", - MB sədri bildirib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 04 Noyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















