Icma.az
close
up
RU
Manatın sabitliyinin gücü və riskləri: Sabit, yoxsa üzən məzənnə?

Manatın sabitliyinin gücü və riskləri: Sabit, yoxsa üzən məzənnə?

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Azərbaycan manatının məzənnəsinin növbəti beş ildə də sabit qalacağı proqnozlaşdırılır. "Fitch Ratings” beynəlxalq reytinq agentliyinin proqnozuna görə, Azərbaycan manatının ABŞ dollarına de-fakto bağlılığı ən azı 2030-cu ilin sonuna qədər 1,7 manat səviyyəsində saxlanılacaq. Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq və makroiqtisadi vəziyyəti sabitləşdirmək məqsədilə 2017-ci ildə milli valyutanın 1 ABŞ dollarına nisbətən məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib. Bəs manatın məzənnəsinin uzun müddət sabit qalması vətəndaşlara və iqtisadiyyatımıza nə verəcək?

İqtisadçı-ekspert Famil Niftiyev də düşünür ki, sabit məzənnə siyasətinin müəyyən müsbət əlamətləri mövcuddur: "Manatın sabitliyi dedikdə, onun məzənnəsinin bazar amillərinə baxmayaraq, qorunması, yəni süni şəkildə sabit saxlanılması başa düşülür. Bu sabitlik, ilk baxışdan, müsbət iqtisadi görüntü yaradır. Əhali və biznes subyektləri üçün daha proqnozlaşdırıla bilən maliyyə mühiti formalaşır. İstehlak mallarının, xüsusilə idxal məhsullarının qiymətində qeyri-sabitlik yaranmır. Dollarla borcu olan şəxslər və müəssisələr üçün valyuta riski azalır. İnflyasiyanın da idarəolunan səviyyədə saxlanılması məhz sabit məzənnənin nəticələrindən biridir. Bundan əlavə, maliyyə sektoru üçün də müəyyən rahatlıq yaranır - banklar üçün risklərin idarə olunması asanlaşır, kredit bazarında qeyri-müəyyənlik azalır”.

F.Niftiyevin sözlərinə görə, uzunmüddətli dövr üçün isə sabit məzənnə siyasətinin mənfi tərəfləri mövcuddur: "Əgər manatın məzənnəsi süni şəkildə saxlanılırsa, bu, ixrac üçün ciddi çətinlik yarada bilər. Məsələn, yerli məhsullar xarici bazarda rəqabət qabiliyyətini itirə, istehsalçılar isə qiymət baxımından qeyri-rentabelli mövqeyə düşə bilərlər. Belə olan halda ölkənin ixrac potensialı zəifləyir və bu durum qeyri-neft sektorunun inkişafına mənfi təsir göstərir. Bundan əlavə, yerli istehsal əvəzinə ucuz və keyfiyyətsiz idxal məhsullarına üstünlük verilməsi daxili sənayenin zəifləməsinə səbəb olur. Digər bir risk ondan ibarətdir ki, sabit məzənnəni saxlamaq üçün Mərkəzi Bank daim valyuta bazarına müdaxilə etməlidir. Bu isə Dövlət Neft Fondundan və Mərkəzi Bankın ehtiyatlarından ardıcıl istifadəni tələb edir. Əgər dünya bazarlarında neftin qiymətində ciddi azalma baş verərsə və valyuta axınları zəifləyərsə, ehtiyatların tükənməsi riski yaranır. Bu ssenaridə qəfil devalvasiya qaçılmaz olur”.

İqtisadçının fikrincə, sabit məzənnə rejimi maliyyə sektoruna müəyyən imkanlar təqdim etsə də, bu sahənin inkişaf dinamikasını müəyyən mənada məhdudlaşdırır: "Məsələn, sabit məzənnə dövründə valyuta bazarında spekulyativ gəlir imkanları azalır. Banklar valyuta riski daşımadan kredit vermə üstünlüyü əldə etsə də, bu vəziyyət onları innovativ maliyyə alətləri və məhsullar yaratmağa təşviq etmir. Bu isə bank sektorunda yenilənməni zəiflədir və struktur islahatlarını ləngidir. Mərkəzi Bank bu sabitliyi qorumaq üçün əsasən üç əsas istiqamətdə fəaliyyət göstərir: valyuta bazarına intervensiyalar həyata keçirir, faiz dərəcələri vasitəsilə pul siyasətinə təsir edir və kapital axınlarını nəzarətdə saxlayır. Neft Fondu vasitəsilə hər ay keçirilən valyuta hərraclarında dolların bazara çıxarılması nəticəsində təklif tələbdən yüksək olur və bu da məzənnənin süni şəkildə sabit qalmasını təmin edir”.

F.Niftiyev qeyd etdi ki, manatın sabitliyi makroiqtisadi sabitliyin mühüm komponentlərindən biridir. Lakin bu sabitlik yalnız neft gəlirləri və valyuta ehtiyatları ilə qorunduğu müddətdə dayanıqlı deyil: "Məzənnə sabitliyi ilə yanaşı, islahatların aparılması, qeyri-neft sektorunun inkişafı və ixrac bazalarının genişləndirilməsi də vacibdir. Əks halda, iqtisadiyyat süni sabitlik illüziyası ilə öz zəifliklərini gizlədə bilər. İqtisadi təhlükəsizlik üçün sabitlik qədər çeviklik və dayanıqlılıq da vacibdir”.

"İqtisadi Resursların Öyrənilməsi Mərkəzi” İctimai Birliyinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyevin sözlərinə görə, mövcud iqtisadi şəraitin tələbindən dolayı son illər Azərbaycanda sabit məzənnə siyasəti yürüdülür. Əslində Azərbaycan manatının təsbit olunmuş məzənnəsi sırf dollara qarşı məzənnəni müəyyənləşdirib. Digər valyutalara qarşı isə "üzən məzənnə”nin tətbiqini hiss edirik”. 

R.Atakişiyevin fikrincə, Azərbaycan iqtisadiyyatına inamı formalaşdırmaq, daxili və xarici investisiyaları cəlb etmək üçün sabit məzənnə daha etibarlıdır: "Ölkə daxilində də psixoloji olaraq sabit məzənnə sərfəlidir. Amma qonşu ölkələrdə "üzən məzənnə” tətbiq edilir. Lakin bizdə əhali də tam "üzən məzənnə”yə hazır deyil. "Üzən məzənnə”nin gətirdiyi dalğalanmalara kəskin reaksiya verilir. Bu zaman inflyasiya dərinləşir. Sabit məzənnə isə əhalinin yığımına da təsir edir və inamı artırır”. 

İqtisadçı bildirdi ki, uzun müddətli praktikada sabit məzənnə heç də yaxşı nəticələr vermir: "Çünki dövlət bu məzənnəni saxlamaq üçün daim tədbirlər görməli olur. Bu tədbirlər Mərkəzi Bank tərəfindən makro-iqtisadi siyasət çərçivəsində aparılır”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 İyul 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see130

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

13 İyul 2025 04:14see126

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see125

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see118

İtaliya hökuməti ABŞ ilə tarif razılaşmasına ümid edir

12 İyul 2025 23:08see118

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see118

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see116

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see116

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see116

Yaddaşları oyadan kitablar

13 İyul 2025 08:18see114

Zaporojye AES də atəş səsləri: MAQATE dən HƏYƏCAN SİQNALI KONKRET

13 İyul 2025 23:32see113

İsti havada arıqlamağın yolu

13 İyul 2025 01:01see113

Faciəvi şəkildə ölən kişilər sahədə işləməyə gedirmiş Video

13 İyul 2025 20:23see113

Mahir qol vurdu, komandası darmadağına sevindi

12 İyul 2025 22:54see113

Messi ardıcıl beşinci oyunda dubl etdi

13 İyul 2025 09:49see112

Ağ Ev Trampla görüşdə beş Afrika liderini alçaldıb

13 İyul 2025 21:00see112

Azərbaycan Rusiyadan şokolad idxal edən ilk 10 ölkə sırasına daxil oldu

13 İyul 2025 20:00see111

Azərbaycan korifeyi Stalin mükafatı komitəsində

13 İyul 2025 08:16see110

Gah sarışın, gah əsmər…

13 İyul 2025 02:41see110

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri