Mbappe narazıdır: “Komandada dördüncü hücumçu sayılıram”
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
“Real Madrid”in hücumçusu Kilian Mbappe komandadakı mövqeyi ilə bağlı diqqətçəkən açıqlama verib.
Apasport.az xəbər verir ki, fransalı ulduz İspaniya La Liqasının XXXVI turu çərçivəsində keçirilən “Real Ovyedo” ilə matçdan öncə bildirib ki, son oyunda ilk “11-lik”də yer almamasının səbəbi məşqçilər korpusunun onu hücum xəttində yalnız dördüncü seçim kimi görməsidir.
Mbappenin sözlərinə görə, “kral klubu”nun baş məşqçisi Alvaro Arbeloa ona birbaşa bildirib ki, hücum xəttində ondan əvvəl Franko Mastantuono, Brahim Dias və Qonzalo Qarsiya üstün tutulur.
“Əsas heyətdə yer almadım, çünki Arbeloa mənə dördüncü hücumçu olduğumu dedi. Baş məşqçidən soruşun, onun fikrincə mən Franko Mastantuono, Brahim və Qonzalo Qarsiyadan sonra gəlirəm”, – deyə Mbappe narazılığını ifadə edib.
Qeyd edək ki, “Real Madrid” qarşılaşmanı 2:0 hesablı qələbə ilə başa vurub.
Ançelotti ilə yeni müqavilə - RƏSMİ FİFA-dan 3 türk klubuna TRANSFER QADAĞASI DÇ-2026: İspaniya millisinin HEYƏTİ BƏLLİ OLDU Türkiyə Superkubokunda iştirak edəcək komandalar müəyyənləşib "Fənər" Edersonun əvəzedicisini tapdı
Baxış sayı:105
Bu xəbər 15 May 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















