Mbappe Zidan barədə danışdı “Həqiqətən kino kimi görünür”
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Real”ın (Madrid) və Fransa millisinin hücumçusu Kilian Mbappe AS nəşrinə özəl müsahibə verib.
Futbolpress.az xəbər verir ki, təcrübəli forvard müsahibəsində “Atletiko”ya (Madrid) qarşı keçirilən derbi matçından, hakimlərin idarəçiliyindən, milli komandadakı dəyişiklikdən və “Qızıl top” mükafatından söz açıb.
“Atletiko”ya 1:2 hesablı məğlubiyyəti dəyərləndirən Mbappe bunun komanda üçün geriyə doğru bir addım olduğunu etiraf edib:
“Çox çətin matç oldu, qalib gəlmək istəyirdik və bizi necə bir mübarizənin gözlədiyini bilirdik. Komanda meydanda hər şeyini verdi. İndi irəli baxmalıyıq, çünki mövsüm hələ davam edir və doğru yolda qalmalıyıq. Başqaları istədiyini danışa bilər, lakin biz daha çox çalışmalı və “Real”ın qələbə ruhunu, titullarını geri qaytarmalıyıq”.
Milli komandada Didye Deşamdan sonra baş məşqçi postuna Zinəddin Zidanın gətirilməsini yeni səhifə adlandıran Mbappe uşaqlıq xatirəsini bölüşüb:
“Yeni məşqçi ilə təmiz bir səhifə açdıq. Önümüzdə Millətlər Liqasının 4 matçı var. Hamımız illərdir yalnız Deşamın rəhbərliyi altında oynamışıq, buna görə də dəyişiklik hamımız üçün yenilik olacaq, lakin hər şeyin əla alınacağına inanıram. Zidan məni ilk dəfə 13-14 yaşımda “Real”ın idman bazasına gətirən şəxs olub. İndi isə o, milli komandada baş məşqçimdir. Həqiqətən kino kimi görünür, amma tam reallıqdır. Avropa çempionatına hazırlaşmaq üçün iki ilimiz var və hazırda bütün diqqətimiz bundadır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 21 Sentyabr 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















