Icma.az
close
up
RU
Tərtərdə yaşlı ər arvadı öldürüb meyitləri yandıranın məhkəməsi BAŞLAYIR

Tərtərdə yaşlı ər arvadı öldürüb meyitləri yandıranın məhkəməsi BAŞLAYIR

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu il avqustun 6-da Tərtər şəhəri Nəriman Nərimanov küçəsi ev 38 ünvanında yerləşən fərdi yaşayış evinin yanması və həmin evdə yaşayan 72 yaşlı Adilə Hüseynova və əri 85 yaşlı Əsgər Səmədovun üzərlərində zorakılıq əlamətləri olan kömürləşmiş meyitlərinin aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları İdarəsinin Kriminalistika şöbəsində davam etdirilən cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, istintaqla əvvəllər məhkum olunmuş 39 yaşlı Vüqar Baxşəliyevin tamah məqsədilə qanunsuz olaraq Adilə Hüseynova və Əsgər Səmədovun yaşadıqları mənzilə daxil olaraq kəsici alətlə onlara xəsarət yetirdiyi, evdən külli miqdarda pul vəsaitini taladığı, habelə cinayətin izlərini gizlətmək məqsədilə özü ilə gətirdiyi yanacaqdan istifadə edərək mənzili və zərərçəkmiş şəxsləri yandırmaqla onları xüsusi amansızlıqla qəsdən öldürdüyünə dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Baxşəliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən adam öldürmə),  120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 181.3.3 (quldurluq) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə yenidən ittiham elan edilib.

Cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Noyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri