Icma.az
close
up
RU
Xırdalanda ilk “McDonald

Xırdalanda ilk “McDonald

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“McDonald's Azərbaycan” şirkəti ölkədəki 34-cü restoranını açdı və bu, Xırdalanda açılan ilk restoranıdır.

“Qafqazinfo” xəbər verir ki, yeni restoran Xırdalan şəhəri, Abşeron rayonu, Qalubiyə küçəsində yerləşir.

Açılışda “McDonald's Azərbaycan” şirkətinin Müşahidə Şurasının sədri Fərid Əlizadə, şirkətin baş direktoru Oskar Boqopolskiy və iş adamı Famil Səfərov iştirak ediblər.

Restoran “MakAvto” zonası olan ayrıca bir binada yerləşir ki, bu da qonaqlara sifarişlərini daha sürətli və rahat şəkildə almağa imkan verir. İnteryer “A Touch of Archery” konsepsiyasında işlənib hazırlanıb. Burada zərif xətlərin və dinamik çalarların ahəngi yüngül və rahat atmosfer yaradır.

Restoran iki mərtəbədən ibarətdir: birinci mərtəbədə 82 oturacaq yeri, ikinci mərtəbədə 118 oturacaq yeri, həmçinin uşaq tədbirlərinin keçirilməsi üçün 16 nəfərlik rahat otaq vardır. Balaca qonaqlar üçün müasir oyun zonası nəzərdə tutulub, ikinci mərtəbədə isə daha 66 qonağın yerləşə biləcəyi terras yerləşir.

“McDonald's Azərbaycan”ın bütün restoranlarında olduğu kimi, burda da interaktiv özünəxidmət köşklərini, sifarişlərin birbaşa masaya çatdırılması xidmətini, həmçinin geniş çeşiddə qəhvə içkiləri və desertlər təklif edən “McCafé” kafesini əhatə edən EOTF (Experience of the Future) formatı tətbiq edilib. Qonaqlar günə “McDonald's”da səhər yeməyi ilə başlaya, “McDelivery” xidmətindən yararlana və ya sifarişlərini “MakAvto” vasitəsilə tez bir zamanda ala bilərlər.

Yeni restoranın açılışı ilə 105 yeni iş yeri yaradılıb. Hazırda “McDonald’s Azərbaycan” ölkə üzrə 3000-dən çox Azərbaycan vətəndaşını işlə təmin edir.

Azərbaycana sərmayə yatıran ilk qlobal brendlərdən biri olan “McDonald’s” şirkəti 25 ildən çoxdur ki, ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir və yerli istehsalın həcminin genişlənməsinə dəstək olur.

“McDonald’s Azərbaycan”ın iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 100-dən çox yerli podratçı ilə dayanıqlı əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Bu sahələrə təchizat və logistika, insan resursları, informasiya texnologiyaları, marketinq və digər xidmətlər daxildir.










Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri