Icma.az
close
up
RU
“McDonalds”ın Azərbaycanda 25 illik fəaliyyətinin yekunları: şirkət rəhbərliyi ilə müsahibə FOTO

“McDonalds”ın Azərbaycanda 25 illik fəaliyyətinin yekunları: şirkət rəhbərliyi ilə müsahibə FOTO

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2024-cü ildə “McDonald's” şirkəti Azərbaycanda fəaliyyətinin 25 illiyini qeyd edir.
Bizim.Media "1news.az" saytına istinadən xəbər verir ki, arxada qalan illər ərzində brend minlərlə insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilməyi bacarıb.
Bu əlamətdar tarix münasibətilə şirkət rəhbərliyi çoxillik fəaliyyətin nəticələrini, xeyriyyə layihələrini və gələcək planları müzakirə etmək üçün Azərbaycanın aparıcı mətbuat orqanlarını təmsil edən jurnalistlərlə görüş təşkil edib.
Mətbuat nümayəndələrinin suallarını “McDonald's Azərbaycan”ın Müşahidə Şurasının sədri Fərid Əlizadə və şirkətin baş direktoru Oskar Boqopolskiy cavablandırıblar.


1. “McDonald's” bu il Azərbaycandakı fəaliyyətinin 25 illiyini qeyd edir. Arxada qalan dövr ərzində əldə olunmuş nəticələri necə qiymətləndirirsiniz?
Fərid Əlizadə:
“McDonald's” şirkəti Azərbaycanda fəaliyyətə 1999-cu ildə başlayıb. Həmin vaxt ölkə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında sabitliyə və inkişafa nail olmağa çalışırdı. İlk restoranın açılması Azərbaycanın beynəlxalq biznes üçün açıq olmasının rəmzinə çevrildi.



Bu illər ərzində şirkət 30 restoran açaraq 14,500-dən çox iş yeri yaratmış və mühüm iqtisadi və sosial oyunçuya çevrilmişdir. Biz qürur duyuruq ki, biz 100% Azərbaycan şirkətiyik və bizi Azərbaycan vətəndaşları təmsil edir. "McDonald’s" həmçinin ölkənin restoran sektorunda ən iri vergi ödəyicisiyik. Bu da Azərbaycanın iqtisadi inkişafına dəstək olmaq öhdəliyimizi bir daha vurğulayır.
Oskar Boqopolskiy:
“Bu gün “McDonald's” yerli sakinlər və turistlər də daxil olmaqla ildə 20 milyondan çox qonağa xidmət göstərir. Biz fəxr edirik ki, restoranlarımız yüksək xidmət səviyyəsi və məhsulların keyfiyyəti sayəsində gündəlik həyatın bir hissəsinə çevrilib. Kollektivimiz 2500-dən çox əməkdaşdan ibarətdir, 100-dən çox yerli tədarükçü ilə əməkdaşlığımız isə yerli iqtisadiyyatın güclənməsinə töhfə verir”.
2. İstehsalın lokallaşdırılmasının şirkətin prioritetlərindən biri olduğunu söyləmək olar?
Fərid Əlizadə:
“İstehsalın lokallaşdırılması fəaliyyətimizin strateji istiqamətlərindən biridir. Biz yerli tədarükçülərlə fəal əməkdaşlıq edir, onlara beynəlxalq keyfiyyət standartlarına uyğun olmaq imkanı yaradırıq. Məsələn, bu yaxınlarda biz restoranlarımız üçün halal sertifikatlı mal əti tədarük edən “AzProtein Food’s Group” şirkəti ilə əməkdaşlığa başladıq. Bu layihə şirkətin yerli istehsalın dəstəklənməsinə və iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına uzunmüddətli sadiqliyini əks etdirir”.



Oskar Boqopolskiy:
“Tərəfdaşlarımız arasında “Milla”, “Bizim Süfrə” və “A Agro” kimi şirkətlər var. Onlar bizə süd məhsulları, souslar və təzə tərəvəzlər tədarük edir. Bu tərəfdaşlıqlar bizə həm tədarük zəncirlərini gücləndirməyə, həm də yerli sənayenin inkişafını stimullaşdıraraq Azərbaycan iqtisadiyyatını dəstəkləməyə imkan verir”.
3. Hansı xeyriyyə təşəbbüslərini daha vacib hesab edirsiniz?
Fərid Əlizadə:
“McDonald's Azərbaycan” 25 illik fəaliyyəti ərzində korporativ sosial məsuliyyət çərçivəsində 100-dən çox xeyriyyə layihəsi və çoxsaylı aksiyalar həyata keçirib. Ən əhəmiyyətli təşəbbüslər sırasında Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə əməkdaşlığımız çərçivəsində şəhid və veteran övladları üçün həyata keçirdiyimiz layihələr, həmçinin əlilliyi olan tələbələr üçün təhsil proqramları və uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafına yönəlmiş layihələr var. Bu təşəbbüslər uşaqların və gənclərin dəstəklənməsinə yönəlmiş təhsil və xeyriyyə layihələrini əhatə edir”.


Oskar Boqopolskiy:
"Uşaqlara və gənclərə dəstək təşəbbüslərimizə misal olaraq müharibə zamanı zərər çəkmiş gəncəli uşaqlara öz istedadlarını nümayiş etdirmək imkanı verən "Gənc yazarlar" layihəsini göstərmək olar. Layihənin sonunda onların müəllifi olduğu nağıllar toplusu kitab şəklində nəşr edildi. Bundan başqa, Daun sindromlu uşaqların unikal rəsmlər yaratdığı "Günəşli ürəklər" layihəsini də qeyd edə bilərik. Bu təşəbbüslər gənclərin yaradıcı və şəxsi inkişafı üçün inklüziv imkanlar yaratmaq işinə sadiqliyimizi nümayiş etdirir”

4. Məlum olduğu kimi, şirkət ekoloji məsələlərə də diqqət yetirir. Bu barədə daha ətraflı məlumat verə bilərsinizmi?
Fərid Əlizadə:
“McDonald's Azərbaycan” həqiqətən də ekoloji məsuliyyətə və dayanıqlı inkişafa böyük əhəmiyyət verir. Təşəbbüslərimiz çərçivəsində biz plastik məhsulları ekoloji cəhətdən təmiz alternativlərlə əvəz etməyə və restoranlarda plastik istifadəsini əhəmiyyətli dərəcədə azaltmağa nail olmuşuq. Hesablamalarımıza görə, biz hər il təxminən 35 ton plastik istifadəsinə qənaət edirik”.
Oskar Boqopolskiy:
“Biz mütəmadi olaraq ağacəkmə aksiyaları və ictimai çimərliklərin təmizlənməsi üçün iməciliklər təşkil edirik. Bu tədbirlər korporativ mədəniyyətimizin mühüm hissəsinə çevrilib və dayanıqlı inkişafın dəstəklənməsinə yönəlib. Həmçinin Azərbaycanda elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Eco-Ambassadors” layihəsini həyata keçirdik. Bu layihədə iştirak edən internat məktəblərinin şagirdləri ətraf mühitin mühafizəsinə töhfə vermək, həmçinin yeni biliklər və praktiki bacarıqlar qazanmaq imkanı əldə etdilər”.

5. Şirkət tərəfindən tətbiq edilən hansı beynəlxalq standartlar Azərbaycan bazarı üçün daha əhəmiyyətli olub?
Oskar Boqopolskiy:


Keyfiyyət standartları bizim işimizin əsasını təşkil edir. Biz bu standartları məhsulların seçimindən tutmuş qonaqlarla ünsiyyətə qədər bütün səviyyələrdə tətbiq edirik.Əməkdaşlarımız beynəlxalq proqramlar əsasında təlim keçir, bu da onlara yüksək səviyyədə xidmət göstərməyə və gələcəkdə faydalı olacaq bacarıqlar inkişaf etdirməyə kömək edir.
İnnovasiyalar haqqında danışarkən, “MakAvto” xidmətinə xüsusi diqqət yetirmək lazımdır. Bu xidmət qonaqlarımıza avtomobildən çıxmadan sifarişlərini almaq imkanı yaradaraq sürətli xidməti təmin edən əsas elementlərdən biridir.
Bundan əlavə, biz restoran biznesində ən son texnologiyalara əsaslanan “Experience of the Future" konsepsiyasını tətbiq etmişik. Bütün restoranlarımız özünəxidmət üçün interaktiv terminallarla təchiz olunub, mobil tətbiq isə qonaqlara eksklüziv təkliflərə çıxış imkanı verir. Yaxın gələcəkdə tətbiqdə sifariş funksiyası da istifadəyə veriləcək ki, bu da McDonald’s-ı ziyarəti daha da rahat edəcək.
6. Şirkətin yaxın gələcəklə bağlı hansı planları var?
Fərid Əlizadə:
“Biz əminik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan fəal inkişaf etməyə davam edəcək, ölkə iqtisadiyyatının inkişafı və yeni təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli şərait yaradılacaq. Növbəti 4 il ərzində biz şəbəkəmizə daxil olan restoran sayını 50-yə, əməkdaşlarımızın sayını isə 4500 nəfərə çatdırmağı planlaşdırırıq. Biz həmçinin ölkədaxili istehsalı genişləndirmək üçün yerli istehsalçılarla əməkdaşlığı gücləndirmək niyyətindəyik. Bu, bizə Azərbaycan iqtisadiyyatının və cəmiyyətinin inkişafına əhəmiyyətli töhfə verməyə şərait yaradacaq”.
McDonald’s Azərbaycan şirkəti bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Аzərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edir!

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://bizim.media
archiveBu xəbər 31 Dekabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri