Icma.az
close
up
RU
MDB digər təşkilatların kölgəsində qalıb Azərbaycanlı ekspertlər

MDB digər təşkilatların kölgəsində qalıb Azərbaycanlı ekspertlər

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası oktyabrın 7-də Türkmənistanın “Avaza” milli turizm zonasında keçiriləcək. Toplantıda MDB çərçivəsində cari ildə görülən işlərin ilkin yekunları nəzərdən keçiriləcək, birlik daxilində çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri və 2026-cı ildə qeyd olunacaq MDB-nin 35 illiyi müzakirə ediləcək. Toplantının gündəliyində MDB-nin gələcək fəaliyyətinə dair məsələlərin yer alması fonunda təşkilatın beynəlxalq münasibətlər sistemindəki rolu və effektivliyi də diqqət çəkir. Məhz bu kontekstdə MDB-nin hazırkı fəaliyyəti və gələcək perspektivləri ilə bağlı ekspertlərin mövqeyini öyrəndik.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Modern.az-a bildirib ki, MDB-nin fəaliyyəti müasir beynəlxalq münasibətlər sistemində xüsusi fərqliliklə seçilmir:

“Bu gün inteqrasiya təşkilatları içərisində MDB-nin fəaliyyəti daha çox iqtisadi əməkdaşlıq, ayrı-ayrı nazirliklərin təmasları və görüşləri ilə xarakterizə olunur. MDB Xarici İşlər Nazirləri Şurasının Türkmənistanda toplantısı olacaq. Azərbaycan da bu təşkilatın üzvüdür. Biz elə təşkilatların üzvü oluruq ki, həmin platformalardan öz iqtisadi, siyasi və təhlükəsizlik maraqlarımızın təmin olunması üçün istifadə edə bilək. Bu baxımdan MDB-nin imkanlarından istifadə edir, Xarici İşlər Nazirləri Şurasının toplantılarına və digər fəaliyyətlərə qatılırıq. Əlbəttə, demək olmaz ki, MDB fəaliyyət göstərmir. Təşkilatın fəaliyyəti var. Amma bugünkü beynəlxalq münasibətlər sistemində iqtisadi, siyasi, sosial və digər proseslərə güclü təsir imkanlarına malik bir platforma kimi diqqəti cəlb etmir. Bugünkü reallıq belədir. Gələcəyinin necə olacağını söyləmək çətindir, amma hazırkı vəziyyət bundan ibarətdir. Azərbaycan isə MDB ilə əməkdaşlıq siyasətini davam etdirir. MDB olmasa belə, bizim mənafelərimizə uyğun olan digər təşkilatlar və platformalar var. Azərbaycan öz maraqlarını təmin edə bildiyi qurumlarla əlaqələrin qorunub saxlanılmasında maraqlıdır. MDB də belə platformalardan biridir”.

 

E.Nəsirov qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində hərbi-siyasi və təhlükəsizlik yönümlü təşkilatların rolu daha çox nəzərə çarpır:

“Bilirsiniz ki, Sovet İttifaqı dağıldıqdan sonra MDB-nin yaradılması baş verib. Amma bugünkü dünyada daha çox kollektiv hərbi-siyasi və müdafiə təşkilatlarının rolu və çəkisi artıb. Məsələn, NATO, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və digər qurumlar siyasi-hərbi təşkilatlardır və onların təsir imkanları daha çox diqqət cəlb edir. Bunun səbəbi dünyada gücün həlledici amilə çevrilməsidir. Amma MDB haqqında eyni fikirləri söyləmək olmaz. Çünki onun missiyası və məqsədləri fərqlidir”.

Deputat Avrasiya İqtisadi İttifaqı ilə MDB arasında fərqə də diqqət çəkib:

“Bu gün Avrasiya İqtisadi İttifaqı var və bu təşkilata üzv dövlətlər onun iqtisadi və gömrük imkanlarından istifadə edirlər. Yəni onlar üçün iqtisadi faydalılıq əmsalı önəmlidir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında isə Rusiya əsas söz sahibidir və həmin qurum təhlükəsizlik baxımından müəyyən regional təsir gücünə malikdir. Amma MDB haqqında eyni fikirləri söyləmək çətindir. Təşkilat fəaliyyət göstərir, lakin bu fəaliyyət onun xüsusi məhsuldarlığı və effektivliyi ilə diqqəti cəlb etmir”.

Politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, MDB toplantısında yeni təkliflər irəli sürülə bilər, amma bu təkliflər MDB-ni daha da gücləndirməyəcək.

Politoloq vurğulayıb ki, MDB-nin fəaliyyəti digər təşkilatların kölgəsində qalıb:

"SSRİ-nin dağılmasından sonra MDB-yə müəyyən ümidlər vardı, amma bu təşkilat özünü doğrultmadı. MDB-də təmsil olunan dövlətlər digər platformalarda da iştirak edirlər. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) BRİCS və Avrasiya İqtisadi İttifaqı kimi təşkilatların gücləndirlməsinə çalışılır. MDB bu təşkilatların kölgəsində qalıb. MDB qərarları ümumi xarakter daşıyır və bir çox hallarda yerinə yetirilmir.  Ona görə əsas diqqət Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS və Avrasiya İqtisadi İttifaqındadı. Bu təşkilatlardakı inteqrasiyanın sürəti MDB-də olduğundan daha sürətlidir və daha üst səviyyədir. Türkmənistanda keçirilən toplantıda ciddi nəticələrin əldə olunacağına inanmıram". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Oktyabr 2026 07:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri