Icma.az
close
up
RU
MDB Oyunları Qəbələdə başlayacaq, Şəkidə bitəcək

MDB Oyunları Qəbələdə başlayacaq, Şəkidə bitəcək

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının ilkin yarış cədvəli açıqlanıb.

Gununsesi.info xəbər verir ki, Oyunların açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi oktyabrın 8-də tikilməkdə olan Gəncə şəhər stadionunda keçiriləcək.

Bu arenada heç bir növ üzrə yarış olmayacaq.

Mübarizəyə isə artıq sentyabrın 27-də Qəbələdə stolüstü tennisçilərin qarşılaşmaları ilə start veriləcək. Son yarış günü – 8 oktyabr Şəkidə bədii gimnastların çıxışları ilə əlamətdar olacaq.

Gəncə İdman Sarayında 28 sentyabr – 2 oktyabrda üzgüçülük, 29 sentyabr – 1 oktyabrda güllə atıcılığı, 29 sentyabr – 6 oktyabrda voleybol, 2 oktyabr – 7 oktyabrda qılıncoynatma yarışları olacaq.

Gəncə Olimpiya İdman Kompleksində 3-4 oktyabrda sərbəst güləşçilər, 7 oktyabrda yunan-Roma güləşçiləri çıxış edəcəklər.

Gəncə basketbol meydançasında 5-6 oktyabrda 3X3 basketbol mübarizəsi olacaq.

Qəbələ Olimpiya İdman Kompleksi 27 – 30 sentyabrda stolüstü tennisçilərin, 3 – 7 oktyabrda badmintonçuların, Qəbələ Şəhər Stadionu 28 sentyabr – 6 oktyabrda 16 yaşadək futbolçuların, Qəbələ Atıcılıq Klubu 3 – 6 oktyabrda stend atıcılarının ixtiyarına veriləcək.

Şəki Şəhər Stadionunda 28 sentyabr – 7 oktyabrda çövkən yarışı, Şəki Olimpiya İdman Kompleksində 1 – 3 oktyabrda batut gimnastikası, 6 – 8 oktyabrda bədii gimnastika üzrə çıxışlar olacaq.

Mingəçevirdəki “Kür” Olimpiya Mərkəzi 28 – 30 sentyabrda taekvondo, 4 – 6 oktyabrda akademik, kayak və kanoe qayıqlarında avarçəkmə, 5-6 oktyabrda karate yarışlarına şahidlik edəcək.

Göygöl Olimpiya İdman Kompleksinə 28 – 29 sentyabrda sambo, 4 – 7 oktyabrda cüdo yarışları təyin olunub.

Tikilməkdə olan Yevlax Olimpiya İdman Kompleksi 29 sentyabr – 5 oktyabrda boksçular üçün nəzərdə tutulub.

Nəhayət, Xankəndi Şəhər Stadionunda 2 – 5 oktyabrda kamandan oxatanlar qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, bu cədvəl ilkin versiyadır və dəyişə bilər.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 May 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see265

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see248

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see241

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see235

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see226

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see225

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see199

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see195

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see184

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see181

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see180

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see178

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see176

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see174

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see171

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see169

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see166

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri