Icma.az
close
up
RU
Eldar Mansurov: “Bunu nə mən ağlıma gətirərdim, nə Vahid Əziz, nə də Brilliant...“ MÜSAHİBƏ

Eldar Mansurov: “Bunu nə mən ağlıma gətirərdim, nə Vahid Əziz, nə də Brilliant...“ MÜSAHİBƏ

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xalq artisti Eldar Mansurov Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Moderator.az onunla müsahibəni təqdim edir.

- Eldar müəllim, daha bir ilin başa çatmasına sayılı həftələr qalıb. Geridə qoyduğumuz ili yaradıcılıq baxımından əvvəlki illərlə müqayisədə necə qiymətləndirirsiniz?
- Mən hər keçən ilə uğurlu il kimi baxıram. Qabaqlar hər ilin əvvəlində ötən on iki ayın uğur və uğursuz məqamlarını müqayisə edərdim. Artıq neçə onilliklərdir ki, yaradıcılığımda hər ili uğurlu sayıram. Çünki yazdığım musiqilər daha not vərəqlərində qalmır, onları dinləyicilərə və tamaşaçılara təqdim etməyə nail olmuşam.
- Bir bəstəkar kimi musiqimizin hazırkı durumu barədə nə deyərdiniz? Əvvəlki illərlə indiki dövrü necə xarakterizə edərsiniz? Siz müxtəlif dövrlərdə Flora Kərimova, Yalçın Rzazadə, Akif İslamzadə, Brilliant Dadaşova, Aygün Kazımova, Faiq Ağayev kimi tanınmış ifaçılarla çalışmısınız.

- Musiqi yerində dayanmır. İstər inkişaf, istərsə də qeyri-inkişafın özü də bir hərəkətdir. Əgər musiqidə bir durğunluq hiss olunursa, ona görə kədərlənmək lazım deyil – hər gecədən sonra səhər açılır, yeni gün isə həm yeni uğurlar, həm də yeni qələbələr gətirir.

Düz qeyd edirsiz, vaxtilə Flora Kərimova, Yalçın Rzazadə, Elmira Rəhimova, Mirzə Babayev öz gözəl ifaları ilə məni estradaya gətirdilər. Amma bir qədər sonra Brilliant Dadaşova, Firəngiz Rəhimbəyova, Aygün Kazımova, Faiq Ağayev və digər gənc müğənnilər mənim mahnılarımı gözəl ifaları ilə xalqa sevdirdilər. Hazırda yenə də, bu günün gəncləri öz istedadları ilə səhnələrimizi bəzəyirlər. Mənim onlara ümidim böyükdür, əminəm ki, onların arasında da gələcəyin böyük sənətkarları yetişir.

- Bəzən bəstəkarın yaratdığı mahnı ifaçının təqdimatından sonra böyük hitə çevrilir. Sizcə, mahnının uzunömürlü olmasında bəstəkarın melodiyası, müğənninin ifa qabiliyyəti, yoxsa mahnının sözləri daha böyük rol oynayır?

- Mahnıların da insanlar kimi bəxti ya gətirir, ya da gətirmir. Əvvəla, mahnı ilk növbədə musiqidir, melodiyadır, sonra sözdür, daha sonra isə ifaçıdır. Mahnının uğurlu olmasında hər üç amil vacibdir. Əgər bu üç amildən biri zəif olsa, mahnı heç zaman uğurlu alınmaz və siz deyən kimi, hitə çevrilməz.

Onu da qeyd edim ki, nə mən, nə Vahid Əziz, nə də Brilliant Dadaşova - ağlımıza gətirə bilməzdik ki, “Bayatılar” bu qədər məşhur olacaq.

- Müsahibənizin birində müasir mahnılarda melodiyanın zəiflədiyini, musiqi tərtibatının isə melodiyanı əvəz etməməli olduğunu bildirmisiniz. İndi dinləyicilərin musiqi zövqünü daha çox sosial şəbəkələr, qısa videolar və kommersiya maraqları formalaşdırır. Bu tendensiya gələcəkdə Azərbaycan mahnı yaradıcılığına necə təsir göstərəcək?

- Bu çox böyük problemli məsələdir, çalışıram ki, qısa izah edim. Təkcə Azərbaycanda deyil, bütün dünyada bu proses gedir. Yenə də müqayisə edəcəm. Keçmişdə bəstəkarlar musiqini melodiya üzərində qururdular. Təxminən iyirminci əsrin ortalarından isə kino, teatr, müxtəlif məişət musiqiləri bəstəkarların yaradıcılığında əsas yerlərdən birini tutur, çünki bu, həm maddi tərəfdən, həm də daha tez məşhurlaşmağa ciddi səbəb idi. Beləliklə musiqi yavaş-yavaş öz ilkin təravətini, melodiyasını itirməyə başlayır.

Daha bir səbəb də odur ki, musiqidə peşəkarların yerini həvəskarlar tutmağa başlayırlar. Peşəkarla həvəskarın fərqi ondadır ki, peşəkar musiqiyə yeniliklər – yeni formalar, yeni harmoniyalar gətirir. Həvəskarlar isə artıq istifadə olunmuş forma və harmoniyaları öz melodiyalarına tətbiq edirlər.

Mahnı janrına diqqətlə fikir versəniz özünüz görərsiz ki, keçmişdən bu günə kimi bütün məşhur musiqilər məhz peşəkarlar – Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Tofiq Quliyev, Rauf Hacıyev, Cahangir Cahangirov, Emin Sabitoğlu, Oqtay Kazımov tərəfindən yazılıb. Digər səbəb də odur ki, artıq bəstəkarlıqla istedadı olmayanlar bu sahəni ciddi nəzarətə götürüblər, ona görə də inkişaf dayanıb və yaxın gələcəkdə irəliləyiş görünmür...
- Müəllif hüquqları məsələsi musiqi sənayesində hələ də aktualdır. Bəstəkarın yaratdığı əsərin müğənni tərəfindən ifası, aranjimanı və müxtəlif platformalarda yayılması zamanı müəllif hüquqlarına nə dərəcədə əməl olunur? Bu sahədə hansı dəyişikliklərə ehtiyac var?
- Sadəcə bir şeyi deyəcəyəm. Ennio Morricone, Nino Rota, Hans Zimmer və bir çox dünyada tanınmış bəstəkarlar rəqəmsal platformalarda məhz bəstəkar kimi qeydiyyatdan keçiblər. Bizdə isə rəqəmsal platformalarda mahnıların hüququ hələ də populyar sayılan müğənnilərin əlindədir. Dəyişiklikləri hələ çox gözləməli olacağıq.
- Mahnılarınız uzun illərdir müxtəlif nəsillərin dinlədiyi əsərlər sırasındadır. Bu gün yenidən həmin mahnıların müasir aranjimanda təqdim edilməsinə necə baxırsınız?
- Lap yaxşı baxıram. Təsəvvürünüzə gətirin ki, kimsə 18-ci əsrin paltarında işə və yaxud gəzməyə çıxır. Sizcə kənardan baxanlar gülməzmi bu adama? Hər ifaçı hər hansı bir mahnını özünə uyğun aranjiman etdirib oxumalıdır.
- Bu gün musiqi bazarında çoxsaylı mahnılar təqdim olunur, lakin onların böyük əksəriyyəti qısa müddətdə unudulur. Sizcə, 20-30 ildən sonra indiki dövrün hansı mahnıları yaşayacaq? Gələcəyin musiqi irsini yaratmaq üçün bu gün nə çatışmır?
- Musiqi fonotekasını diqqətlə izləsəz görərsiz ki, bu günə qədər hər onillikdə yüzlərlə, minlərlə mahnılar, musiqilər yazılıb. Amma bu günümüzə çox az sayda, ələkdən keçmiş mahnılar gəlib çatıb. Heç bir şey eləmək lazım deyil, zaman özü yaxşıynan pisi süzgəcdən keçirəcək.
- Siz tanınmış Bakılı nəslinin nümayəndəsiniz. Öz həyatınızda, hətta yaradıcılığınızda və şəxsiyyətinizdə genetik amilin rolunu necə dəyərləndirirsiniz? Babalarınızdan nələri əxz eləmişiniz və nələrdən imtinaya çalışmışınız?
- Elə indiyə qədər çalışıram onlara oxşayım.

- Keçmiş və bugünkü Bakını müqayisə edəndə hansı mühüm fərqi hiss edirsiniz? Sizin üçün hansı Bakıda, hansı dövrün Bakısıyla yaşamaq daha maraqlı və hüzurlu olardı?
- Keçmiş Bakı mənim gəncliyim idi, atalı-analı vaxtım idi. Bugünkü Bakı hazırda yaşadığım şəhərdir. Bakı heç yerə getməyib, öz yerindədir, köhnəsin də, indikin də sevirəm, çünki Bakı mənim Vətənimdir!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Noyabr 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see355

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see295

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see291

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see278

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see268

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see258

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see250

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see240

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see235

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see214

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see213

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see213

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see210

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see207

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see207

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see205

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see193

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see189

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri