Vətən üçün yaşanan ömür
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Milli Qəhrəmanımızın doğum günüdür
Azərbaycanın müasir hərb və qəhrəmanlıq tarixində 22 yaşlı əsgər Çingiz Salman oğlu Qurbanovun adı mərdliyin, qorxmazlığın və Vətənə sarsılmaz sədaqətin rəmzinə çevrilmişdir. 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində doğulan Çingiz Qurbanovun ömrü Vətən torpaqlarının müdafiəsi yolunda göstərdiyi fədakarlıqla əbədiyyətə qovuşmuşdur.
Çingiz Qurbanov 2001–2012-ci illərdə Qusar rayonunun Həzrə kənd tam orta məktəbində təhsil almış, 2012-ci ildə isə Azərbaycan Texniki Universitetinə daxil olmuşdur.
Azərbaycan Texniki Universitetinin "Xüsusi texnika və texnologiyalar" fakültəsini 2016-cı ildə bitirən Çingizə müəllimləri magistraturada təhsilini davam etdirməyi məsləhət görsələr də, o, "Əvvəl hərbi xidmət, Böyük Qələbə, sonra təhsil" deyərək Vətən qarşısındakı borcunu ilk sıraya qoymuşdur.
2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılan Çingiz Qurbanov xidmətini ön xətdə davam etdirmiş, qəhrəmanlığı və Vətən sevgisi ilə seçilmişdir. 2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin təxribatı və döyüş toqquşması zamanı əsgər Çingiz Qurbanov misilsiz igidlik nümunəsi göstərmişdir. Düşmən üzərinə cəsarətlə atılan Çingiz Qurbanov qızğın döyüşdə düşmənin bir neçə hərbçisini məhv etmiş, yaralanmış və qəhrəmancasına şəhid olmuşdur.Şəhid əsgərin nəşi düşmən tərəfində qalsa da, dövlətin qətiyyətli səyləri nəticəsində 5 fevral 2017-ci ildə geri qaytarılmış və doğulduğu Qusar rayonunda torpağa tapşırılmışdır.
Prezident İlham Əliyevin 7 fevral 2017-ci il tarixli Ssərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Prezident İlham Əliyev şəhidin atası Salman Qurbanova "Qızıl Ulduz" medalı təqdim etmiş, xatirəsinin əbədiləşdirilməsi üçün mühüm addımlar atılmışdır.
Müdafiə nazirinin əmri ilə Çingiz Qurbanovun adı xidmət etdiyi hərbi hissənin siyahısına daxil edilmiş və xidmət etdiyi posta onun adı verilmişdir. Qusarda və Tovuzda adına küçələr, Qusarda təhsil aldığı məktəb, həmçinin ona həsr olunmuş bədii-sənədli əsərlər və "Çingiz dastanı" tamaşası onun ölməzliyini yaşadır.
24 noyabrda dünyaya göz açan 22 yaşlı qəhrəman əsgər Çingiz Qurbanovun həyatı göstərdi ki, Vətən üçün yaşanan ömür heç vaxt sönmür və daim gələcək nəsillərə yol göstərir.
Müşfiq MİRZƏ
XQ
Baxış sayı:53
Bu xəbər 24 Noyabr 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















