Icma.az
close
up
RU
“MDB oyunlarında qızıl medal qazanan üç ölkədən biriyik” Ruslan Hətəmxanovun ə MÜSAHİBƏSİ

“MDB oyunlarında qızıl medal qazanan üç ölkədən biriyik” Ruslan Hətəmxanovun ə MÜSAHİBƏSİ

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

III MDB Oyunlarında üzgüçülük yarışları Azərbaycan üçün sürpriz nəticələrlə yadda qalıb.

Üzgüçülərimiz ümumilikdə 13 medal qazanıblar. Onlardan ikisi qızıl, dördü gümüş, yeddisi isə bürünc medal olub.

Azərbaycan millisinin məşqçisi və eyni zamanda çempionlardan biri - Süleyman İsmayılzadənin şəxsi məşqçisi Ruslan Hətəmxanov İdman.biz-ə müsahibəsində üzgüçülük üzrə Azərbaycan milli komandasının son uğurlarından danışıb.

– Komandamızdan bu qədər medal gözləyirdinizmi?

– Məşqçi heyətimiz bilirdi ki, idmançılarımızdan kimsə qızıl medal qazanacaq. Amma bu qədər medalın olacağını gözləmirdik. Bu, bizim üçün xoş sürpriz oldu. Ən əsası, üzgüçülükdə qızıl medal qazanan üç ölkədən biri olmağımız bizi çox sevindirdi. Turnirdə bizdən başqa yalnız Rusiya (36 qızıl) və Belarus (4 qızıl) üzgüçüləri çempion ola bildilər, biz də öz növbəmizdə qızıl medal qazanan ölkələrin sırasına qoşulduq.

Bilirsiniz, Azərbaycanda bəzən üzgüçülüyə bir qədər skeptik yanaşılır. Amma biz - gənclərlə çalışan məşqçilər yaxşı bilirdik ki, komandamız kifayət qədər rəqabətqabiliyyətlidir. Məsələn, Süleyman İsmayılzadə hələ 16 yaşı tamam olmadan gənclər arasında Avropa çempionatının (U-18) finalçısı olmuşdu. İndi isə 16 yaşında 400 metr sərbəst üzmə məsafəsində qızıl medal qazandı.

– Ancaq o, daha çox qızıl medal da qazana bilərdi...

– Tamamilə doğrudur! Süleyman 800 metr məsafədə cüzi fərqlə birinci yeri əldən verdi. Biz bunu gümüş qazanmaqdan çox “qızılı əldən vermək” kimi dəyərləndiririk. Bundan başqa, o, 200 və 1500 metr məsafələrdə daha iki gümüş, 4x200 metr sərbəst estafetdə isə bürünc medal qazandı.

– Yeni Vladimir Salnikov Vladimir Salnikov yetişir (müxtəlif məsafələrdə sərbəst üzgüçülük üzrə dördqat olimpiya çempionu – red). yetişir desək, yanılmarıq?

– Təbii ki, hələ Salnikov səviyyəsinə çatmaq üçün vaxt lazımdır. Amma uzun illərdən sonra böyüklər arasında rəqabət apara biləcək səviyyədə üzgüçünün yetişməsi faktdır. Bu, bizim üzgüçülüyümüz üçün çox vacibdir.

- Bəs onu saxlaya biləcəyinizə əminsinizmi? Axı çox vaxt 18 yaşdan sonra perspektivli idmançılarımızı itiririk...

– Əsas təminat onun da, bizim də yeni uğurlara fokuslanmağımızdır. İsmayılzadə tək deyil - oyunların digər çempionu Oktay Hüseynov da var. Bu gənclər Azərbaycan üzgüçülüyünün yaxın gələcəyidir və biz onlara böyük ümid bəsləyirik.

Vüqar Vüqarlı

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Oktyabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see166

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri