Icma.az
close
up
RU
“MDB plyus”: Birlik ölkələrinin yeni əməkdaşlıq formatı

“MDB plyus”: Birlik ölkələrinin yeni əməkdaşlıq formatı

Icma.az bildirir, Azertag portalına istinadən.

Moskva, 11 oktyabr, AZƏRTAC

Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında liderlər “Müstəqil Dövlətlər Birliyi plyus” adlı yeni əməkdaşlıq formatının yaradılması barədə qərarı təsdiqləyiblər. Bu barədə imzalanmış sənədlərə dair rəsmi məlumatda qeyd olunur.

Siyasi əsaslar

Təşəbbüs ilk dəfə 2024-cü ilin oktyabrında Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən səsləndirilib. Məqsəd Birliyə üzv, müşahidəçi və tərəfdaş ölkələr hesabına MDB-nin əməkdaşlıq “perimetrini” genişləndirmək, regional əlaqələri möhkəmləndirmək üçün açıq platforma yaratmaqdır.

Bu il Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin müvafiq departamenti “MDB plyus” platformasının hazırlanması üzərində iş aparıldığını bəyan edib. Bu yanaşma, “BRİKS+” modelinə bənzəyir, yəni burada iştirak yalnız üzvlük yolu ilə deyil, həm də tərəfdaşlıq və ya müşahidəçi statusu formatlarında mümkün olacaq. Nümunə kimi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri, eləcə də ŞƏT-in bir təşkilat kimi iştirakı göstərilib.

Düşənbə sammiti ərəfəsində Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ayrıca qeyd edib ki, yeni mexanizm faydalı olacaq: ““MDB plyus formatı” “üçüncü ölkələrin” və əsas regional təşkilatların sıx qarşılıqlı əlaqəsinə imkan verməlidir. Bu, mühüm məqamdır, belə ki, söhbət yalnız dövlətlərdən deyil, həm də institusional iştirakçılardan gedir”, – deyə o, vurğulayıb.

“MDB plus” nə üçün zəruri oldu?

Son illər ərzində ŞƏT və BRİKS kimi qurumlar sürətlə genişlənir, hər iki struktur artıq “plyus-format” təcrübəsini təsdiqləmiş vəziyyətdədir. MDB isə bu regional arxitekturaya təhlükəsizlikdən tutmuş humanitar əməkdaşlığa qədər müxtəlif istiqamətlər üzrə gündəmlərin uzlaşdırıldığı bir mərkəz kimi inteqrasiya olunmağa çalışır.

Yeni formatın klassik inteqrasiya modellərindən (məsələn, Avrasiya İqtisadi İttifaqından) əsas fərqi ondadır ki, burada öhdəliklər minimum səviyyədə, layihə əməkdaşlığı üçün geniş imkanlar nəzərdə tutulur. Bu, eyni zamanda qoşulma baryerlərini azaldır, həm də MDB-ni dərin dövlətüstü inteqrasiyaya hazır olmayan ölkələr üçün daha cəlbedici edir.

MDB ölkələri üçün “MDB plyus” təşəbbüsü, əslində, Avrasiya platformalarının təcrid olunmadığını, əksinə, digər regional birliklərlə əlaqələrin və qarşılıqlı təmasların genişləndirildiyini nümayiş etdirməyin bir yoludur.

İnstitusional baxımdan necə fəaliyyət göstərə bilər?

MDB-nin tamhüquqlu üzvləri, müşahidəçi ölkələr, tərəfdaş dövlətlər, eləcə də iştirakçı təşkilatlar Birliyə üzvlük prosedurlarını keçmədən işçi qruplara və pilot layihələrə daxil edilirlər.

İlkin mərhələdə üç istiqamət üzrə pilot layihələrin reallaşdırılması ən real hesab olunur:

• Təhlükəsizlik (terrorizmlə mübarizə, narkotik dövriyyəsinə qarşı mübarizə);

• İqtisadi əməkdaşlıq (təchizat zəncirləri, rəqəmsal ticarət, nəqliyyat-logistika əlaqələrinin qurulması);

• Humanitar gündəlik (təhsil, elm, mədəniyyət).

Bu konfiqurasiya, mahiyyət etibarilə, MDB və ŞƏT-in kəsişmə sahələrinə uyğun gəlir və artıq sınaqdan çıxmış formatlara əsaslanır.

Azərbaycanın güclü logistika mövqeyi (Orta Dəhliz) və aktiv çoxtərəfli diplomatiyası ölkəyə “MDB plyus” çərçivəsində nəqliyyat və enerji layihələrinin koordinasiyasında aparıcı rol oynamaq, habelə xarici tərəfdaşları Birliyə üzv olmadan əməkdaşlığa cəlb etmək imkanı verir.

Mərkəzi Asiya ölkələri isə bu format vasitəsilə Türkiyə, Körfəz ölkələri və Çin kimi xarici tərəfdaşlarla humanitar və infrastruktur layihələrinin əlaqələndirilməsini çətin hüquqi öhdəliklər olmadan həyata keçirə biləcəklər.

Nəticə

“MDB plyus” təşəbbüsü Müstəqil Dövlətlər Birliyini daha çevik və açıq iştirak modelinə keçirməyə yönəlmiş cəhd kimi qiymətləndirilir. Bu model, ŞƏT+ və BRİKS+ formatlarının məntiqi ilə uzlaşdırılmaqla, Birliyin beynəlxalq əməkdaşlıq mexanizmlərinə inteqrasiyasını gücləndirir.

Yaxın bir il ərzində “MDB plyus” formatının praktiki əməkdaşlıq üçün səmərəli mexanizmə çevriləcəyi, həmçinin Azərbaycan, Rusiya, Qazaxıstan və digər iştirakçı ölkələrə praqmatik xarici siyasət və iqtisadi tərəfdaşlıq üçün yeni kanallar açacağı gözlənilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Oktyabr 2025 07:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri