Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərə 198 milyon manat vəsait ayrılacaq AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 19 noyabr, AZƏRTAC
Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərə 198 milyon manat vəsait ayrılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclis komitələrinin noyabrın 19-da keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, İşsizlikdən Sığorta Fondunun büdcəsi növbəti il üzrə 260,7 milyon manat və ya cari ildən 22,7 milyon manat - 9,5 faiz çox proqnozlaşdırılır. Sığorta haqları gəlirləri 206 milyon manat və ya cari illə müqayisədə 22 milyon manat çox planlaşdırılır. Büdcədən maliyyələşən təşkilatlardan daxilolma 50 milyon manat qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 19 Noyabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















