Icma.az
close
up
RU
“Məcburi edilən ibadət dini baxımdan mənəvi dəyər daşımır“ EKSPERT RƏYLƏRİ

“Məcburi edilən ibadət dini baxımdan mənəvi dəyər daşımır“ EKSPERT RƏYLƏRİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“Azyaşlı uşaqların hicaba valideynlər tərəfindən yönləndirilməsi müasir psixologiya, pedaqogika və hüquq müstəvisində geniş müzakirə olunan məsələlərdən biridir. Burada əsas sual valideynin dini tərbiyə hüququ ilə uşağın fərdi inkişaf və seçmə azadlığı arasında balansın necə qorunmasıdır.

Mövzu ilə bağlı ilahiyyatçı Mircəfər Əyyubov SİA-ya fikirlərini bölüşüb:

“Azyaşlı qızların zorla hicaba məcbur edilməsi dini məzmun daşımayan, İslamın əsas prinsiplərinə zidd olan bir yanaşmadır. İslam dininin fundamental prinsiplərinə görə, heç bir dini əməl istər namaz, istər oruc, istərsə də hicab zorla qəbul etdirilə bilməz. Qurani-Kərimdə də “dində məcburiyyət yoxdur” prinsipi açıq şəkildə ifadə olunmuşdur. Bu baxımdan insanı zorla dindar etmək mümkün olmadığı kimi, onu zorla dindən uzaqlaşdırmaq da qəbulolunmaz hesab edilir. Eyni qayda hicab məsələsinə də aiddir: bir şəxsi hicab bağlamağa da, hicabını açmağa da məcbur etmək İslam etikası və hüququ ilə bir araya sığmır.

Məcburi hicab anlayışı daha çox dini yanlış təqdim etmək istəyən qruplar tərəfindən formalaşdırılan stereotiplərdən qaynaqlanır. Bəzi müsəlmanların şəxsi cahilliyi nəticəsində bu kimi yanlış təsəvvürlərin cəmiyyətdə yayılması mümkündür, lakin bunlar İslamın nəzəri əsaslarını əks etdirmir. Valideynlərin də, uşaqların yaşından asılı olmayaraq, dini ibadətləri məcburi qəbul etdirmək kimi bir hüququ yoxdur. Çünki məcburi edilən ibadət dini baxımdan mənəvi dəyər daşımır və Allah qatında qəbul edilmir. İslamın insan həyatını “seçim dünyası” kimi təsvir etməsi də məhz bu prinsipə əsaslanır.

Uşaqların dini tərbiyəsi məsələsinə gəldikdə, burada da İslam şəriəti onların düşünmə və qavrama qabiliyyətlərini nəzərə alır. Şəriətə əsasən, qız uşaqları təxminən 9 yaşında, oğlanlar isə 15 yaşında həddi-büluğa çatmış sayılır və bu dövrdən etibarən dini ritualların mahiyyəti onlara izah edilməli, təbliğ olunmalıdır. Bu, uşaqları “anlaqsız” kateqoriyasına aid etmədən, onların düşüncələrinə və seçiminə hörmətlə yanaşmağı tələb edir. Uşağın dini inancı qəbul edib-etməməsi isə təzyiqsiz və izahlı şəkildə formalaşmalıdır.

Maraqlıdır ki, cəmiyyətdə bəzən dini atributlara qarşı həssaslıq, digər qeyri-dini davranışlara nisbətən daha kəskin şəkildə ifadə olunur. Məsələn, azyaşlıların diləndirilməsi və ya xarici mədəniyyətlərə aid qorxunc geyim və qrimlərin tətbiqi adətən normal qarşılanır. Lakin hicab bağlayan bir uşağın davranışı bəzən azadlıq məhdudiyyəti kimi təqdir olunur. Halbuki Azərbaycan Respublikasının qanunvericiliyinə görə, ailə daxilində dini tərbiyə və təbliğat hüquqi çərçivədə mümkündür və hicabın uşağın azadlığına, təhsilinə və sosial həyatına mane olması barədə elmi əsaslandırılmış fakt mövcud deyil.

Elm insanın dünya həyatını formalaşdıran fundamental dəyərdirsə, dini tərbiyə onun mənəvi və əbədi həyatını istiqamətləndirən mühüm dəyərdir. Bu səbəblə, həm elm, həm də dini təlim cəmiyyətin sağlam inkişafı üçün paralel şəkildə vacib şərt kimi çıxış edir “ .

Məsələ ilə bağlı psixoloq Gülər Məmmədova fikirlərini bildirib:

“Valideynin xarakteri və temperamenti, istər psixoloji, istərsə də sosial baxımdan, ailədə böyüyən uşağın formalaşmasına birbaşa təsir göstərir. Müəyyən xarakter xüsusiyyətlərinin övlada ötürülməsi valideyndən asılı olmayaraq baş verir. Lakin uşağın şəxsiyyət inkişafında təkcə bioloji faktorlar deyil, valideynin gündəlik davranışları, münasibət tərzi və ailə mühiti də mühüm rol oynayır. Bu baxımdan hər bir valideyn övladını istər-istəməz öz dünyagörüşü, maraqları və əqidəsi çərçivəsində formalaşdırmağa meyllidir.

Valideynlərin dini baxışlarının olması təbiidir,lakin uşağın mənlik şüuru və şəxsiyyət anlayışı hələ tam formalaşmamışkən ona müəyyən dini və ya ideoloji istiqamətləri hökm şəklində tətbiq etmək düzgün yanaşma hesab edilmir. Çünki bu dövrdə uşaq “mən” anlayışını ,real mənini, ideal mənini və sosial mənini ,tam dərk etmir. Bu isə onun həyata adaptasiya prosesini çətinləşdirə bilər. Uşağın dünyagörüşü, həyat təcrübəsi və dəyər sistemi zamanla, şəxsi müşahidə və yaşantılar vasitəsilə formalaşır.

Bu səbəbdən valideynin öz dini-ideoloji mövqeyini hələ şəxsiyyətini tanımayan uşağa məcburi şəkildə aşılamağa çalışması, uşaq hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Dindar ailədə böyümək uşağın dini baxışlarını avtomatik şəkildə müəyyən etmir; əksinə, uşaq böyüdükcə, özünü və ətrafını dərk etdikcə hansı inanclara sahib olmaq istədiyini müstəqil şəkildə qərarlaşdırır. Şüur tam inkişaf etdikdən sonra uşağın dini yönəlimi,istər örtünmək, istər ibadət, istərsə də digər rituallara maraq göstərmək ,onun öz şəxsi iradəsi və hüquqları daxilində baş verir.

Valideynin uşağın bu seçimlərini öz əqidəsinə uyğun zorla formalaşdırmağa çalışması, nəticə etibarilə, övladın həyatını onun əvəzinə idarə etmək anlamı daşıyır və sağlam sosial-psixoloji inkişafla uzlaşmır”.

Günay Hacıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Noyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri