Məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı maarifləndirmə və məlumatlandırma tədbirləri davam etdirilir. Bununla bağlı Dövlət Komitəsində Cəbrayıl şəhərinə köçürüləcək vətəndaşlarla görüş keçirilib. Tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı haqqında hazırlanmış videoçarx məcburi köçkünlərə təqdim edilib.
Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Dövlət Komitəsinin aidiyyəti şöbə, yerli nümayəndəlikləri və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.
Baxış sayı:149
Bu xəbər 23 Yanvar 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















