Məcburi köçkünlərin statusu ləğv olunur, “çörəkpulu” kəsilir KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik gözlənilir.
KONKRET.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə qeydiyyatda olan keçmiş məcburi köçkünlərin statusu 2027-ci ildə ləğv olunacaq.
Mənbənin sözlərinə görə, bu təbəqənin sosial statusuna xitam veriləndən sonra dövlət büdcəsindən onlar üçün ayrılan aylıq müavinətin ödənişi dayandırılacaq. Bunun müqabilində isə keçmiş məcburi köçkünlərin yaşadıqları evlər daimi olaraq onların ixtiyarına veriləcək. Ata yurdundakı evdən və pay torpağından könüllü şəkildə imtina edən keçmiş məcburi köçkünlər çıxarışla təmin olunacaq, yaşadıqları ünvanlarda daimi qeydiyyata alınacaqlar.
Öz ata-baba yurdlarına qayıtmaq istəyən şəxslər isə hazırda yaşadıqları mənzilləri təhvil verəndən sonra Qarabağda evlə və torpaq sahəsi ilə təmin olunacaq, 3 il müddətində dövlətdən adambaşına ayda 60 manat müavinət alacaqlar./yenisabah
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:204
Bu xəbər 23 Yanvar 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















