Icma.az
close
up
RU
Məcburi köçkünün vətəndaşın evindən çıxarılması məsələsində qurumlar sərt davranmalıdır FAZİL MUSTAFA

Məcburi köçkünün vətəndaşın evindən çıxarılması məsələsində qurumlar sərt davranmalıdır FAZİL MUSTAFA

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Qaçqın və məcburi köçkünlərin bir vaxtlar girdikləri evdən, yataqxanadan çıxma problemi hələ də öz həllini tapmır. Vətəndaş öz evini əldə edə bilmək üçün məhkəməyə müraciət edir. Məhkəmə əmlak sahibinin lehinə qərar verir, lakin icra prosesinə gəlincə ləngimələrin, günü günə satmağın şahidi olur. Bəs belə olan halda əmlak sahibi nə etməlidir? Hansı ki, məcburi köçkünə ev də verilib, lakin köçməkdən boyun qaçırır. 

Mövzu ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Aqil Camal Avtosfer.az-a açıqlamasında bildirib ki, məcburi köçkünlərin başqa şəxslərə məxsus mənzillərə yerləşməsi 1992-1993-cü illərdə Bakı şəhərində kütləvi köç ilə əlaqəli olub və burada söhbət içərisində yaşayış olan evlərdən yox, qapıları bağlı olan, hələ tam tikilib istifadəyə verilməmiş və yaxud da sahibi ölkədən kənarda olan evlərdən gedir:


“O vaxt dövlətin məcburi köçkünləri yerləşdirmək üçün yerləri yetərli olmadığı üçün məcburi köçkünlərin müəyyən qismi axtarış nəticəsində taptıqları sahibsiz evlərə, o baxımdan sahibsiz ki, yəni içərisində yaşayış olmayan, tikintisi hələ tam tamamlanmamış və yaxud da qapıları bağlı olan evlərə yerləşmişdilər, məskunlaşmışdılar. O zamandan da sonrakı dövrdə dövlət torpaqlar azad olana qədər və yaxud da məcburi köçkünlərə evlər tikilib verilənə qədər həmin evlərdə yaşamaqda davam etmələri haqda belə bir qərar vardı. Yeni torpaqlar azad olunandan sonra, bilirsiniz ki, bütün rayonlarda demək olar ki, yaşayış massivləri salınır, şəhərlər yenidən qurulur və tədricən məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdırlar.

Artıq minlərlə məcburi köçkün geri qayıdıb və bu proses davam edir. Belə bir şəraitdə məcburi köçkünlərin dediyimiz illərdə 1992, 1993 və yaxud da 1994-cü illərdə girdikləri evdən çıxarılması məsələsinin bu cür ajitasiya edilməsini mən doğru hesab etmirəm”.

Aqil Camal əlavə olaraq qeyd edib ki, əgər məcburi köçkünə gəldiyi rayonda yeni tikilmiş ev təklif olunursa, lakin o, həmin evə getməyərək yalnız əvvəlki evdə qalmaq istəyirsə, artıq inzibati formada məhkəmə qərarı ilə çıxarılmalıdır və məhkəmə qərarlarını icra edən qurumlar da məcburi şəkildə evin boşaldılması ilə bağlı tədbirlər həyata keçirə bilərlər:

“Amma məcburi köçkünə bu gün ev təklif olunmursa, öz vətənində, yurdunda, o zaman məcburi köçkünün etməli olduğu məsələ nədir? İkincisi isə bildirilir ki, həmin məcburi köçkünə başqa bir rayonda, məsələn, İmişlidə ev təklif olunur. Madam ki, bu adam Qubadlıdan gəlibsə, bu adam Qubadlıya köçənə qədər də bir dəfə gedib İmişlidə yerləşib yaşamalıdırmı? Ona görə də hesab edirəm ki, məcburi köçkünlərə öz dədə-baba torpaqlarında evlər təklif edildikcə, onlar da qayıtmalıdırlar və bu prosesin içində olan adam kimi deyə bilərəm ki, bu işdə əhali arasında çox ciddi yüksək əhval-ruhiyyə var, qayıdışla bağlı hətta bir çox hallarda mübahisələrə səbəb olur – kimin tez, kimin gec getməsi ilə bağlı. Amma müəyyən istisna hallar var ki, o da təbii ki, xoşagəlməz və təqdir olunmayan hallardır”.

Millət vəkili Fazil Mustafanın fikrincə, bu, olduqca ciddi məsələdir və burada söhbət vətəndaşların məsələyə necə yanaşmasından gedir:


“Artıq torpaqlar azad olunandan sonra bu kateqoriyadan olan insanların xeyli hissəsi çox səmimi şəkildə bu torpaqlara qayıdış məsələsində dövlətə də kömək edirlər. Amma bəzi insanlar şəxsi marağını hər şeydən üstün tuturlar və başqa vətəndaşların hüquqlarını pozurlar. Ona görə də bu məsələdə məncə belə ərköyünlüyə, qanun pozuntusuna açıq-aşkar yol verməyə imkan tanımaq lazım deyil. Burada icra qurumları daha sərt davranmalıdırlar, çünki hüququ pozulan vətəndaş illərlə bu prosesin içində əziyyət çəkir və bu da xoşagələn hal deyil. Ona görə də hesab edirəm ki, bu məsələdə mütləq ciddi addımlar atılmalıdır. Əks halda özbaşınalıq kimi qiymətləndiriləcək, daha ciddi mənfi nəticələr doğuracaq və buna yol vermək olmaz. Bu, birbaşa cinayət işidir. Təkcə evlərdən söhbət getmir, həm də sahibkarların, iş adamlarının yerləri də bu cür zəbt olunurdu, bəzi hallarda başqalarına verilirdi.

Onlarla vətəndaş dünyasını dəyişib və hər hansı bir şəkildə öz hüququnu qoruya bilməyib, evini ala bilməyib və bunun sıxıntısı da müəyyən qədər onun səhhətində problemlər yaradıb. Ona görə də bu məsələdə məncə qanunun aliliyi əsas götürülməlidir. Çünki indi artıq torpaqlar işğal altında deyil və vətəndaşlar da fəallıq göstərib inşa olunan, bərpa olunan ərazilərdə tikilən evlərə köçməyə çalışmalıdırlar ki, başqalarının hüquqlarını bərpa etmək mümkün olsun”.
Fazil Mustafa qeyd edib ki, təəssüf ki, hələ ki, bu hüquqları bərpa etmək xeyli çətinləşib:

“Çünki buna yönəlik bəlli addımlar atılmalıdır və artıq bəzi güzəştli davranışlara da son qoyulmalıdır. Ya gedirsən hansısa müəyyən olunmuş əraziyə, verilən yerə, ya da ki, tərk edirsən başqasının mənzilini. Başqasının mülkiyyət hüququnu qorumaq olduqca vacibdir və bu istiqamətdə dövlət orqanları addımlarını atmalıdır”.

Hüquqşünas Samir Qasımovun sözlərinə görə isə, əgər məcburi köçkün mülkiyyətçinin evinə zorla və yaxud da onun razılığı ilə giribsə, indi həmin məcburi köçkünə başqa yerdə, işğaldan azad edilmiş ərazilərdə mənzil verilirsə dövlət tərəfindən, artıq həmin məcburi köçkün oranı tərk etməlidir:

“Əslində, məcburi köçkün hətta işğaldan azad olunmasa da ona mənzil verilməsə də, mülkiyyətçinin iradəsinin əleyhinə ora daxil ola bilməz. Onun ora daxil olması, orada yaşaması özü qanunsuzdur. İndi mülkiyyətçiyə “çox sağ ol” deməlidir ki, neçə il sənin evində yaşamışam. Bu gün 20 min, 10 min manat tələb etməsi ki, bu məbləği verin evdən çıxım – bu, artıq həm haqsız, həm də qanunsuz tələb ola bilər. Mülkiyyətçinin isə hüququ var ki, həmin pulu verməsin, məhkəməyə müraciət etsin və məhkəmə qərarı əsasında icra məmurları vasitəsilə həmin məcburi köçkünü evdən çıxartsın. Hər bir halda mülkiyyətçinin belə bir hüququ var”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanıb.

Müəllif:Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 01 Sentyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see362

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see179

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see164

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see145

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see141

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see140

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see137

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see136

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see135

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see133

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see133

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see127

MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış olublar FOTOLAR

29 Noyabr 2025 15:42see126

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see126

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see125

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see125

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see123

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see123

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see123

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri