Icma.az
close
up
RU
MedAura da komaya düşən qıza həkim baxmır İddia

MedAura da komaya düşən qıza həkim baxmır İddia

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Artıq bir neçə gündür ki, sosial şəbəkədə burun əməliyyatından sonra komaya düşən 34 yaşlı Nigar Budaqlı adlı xanımın görüntüləri müzakirələrə səbəb olub. Qızın ailəsi onun "MedAura" klinikasında əməmliyyat olunan zaman, həkim ehtiyatsızlığı ucbatından komaya düşdüyünü bildirib. 

Nigarın bacısı İlahə Budaqova Axşam.az-a açıqlamasında bacısının durumundan danışıb. O, lor-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanı təqsirləndirib:

"Bacım burun əməliyyatı olunmuşdu, sonra nəfəs almasında problem yarandı. Həkim dedi ki, get, bir neçə ay keçsin gələrsən. Bir neçə ay sonra - aprelin 30-da ikinci dəfə əməliyyata girib. Narkozu verəndə bacım komaya düşüb. Heç əməliyyat etməyiblər, kliniki ölüm vəziyyətinə düşüb. Orada nə baş verib bilmirik. Xəstəxana bir müddət bizə heç nə demədi. Sonra görüblər ki, vəziyyət pisdir bizi çağırdılar. Getdik ki, bacım qalıb ortada, xəstəxanada reanimasiya şöbəsi yoxdur. Təcili yardımlar gəldi, heç bir klinika bacımı qəbul etmirdi. Yalvarıb onu bir klinikaya yerləşdirdik. 2 ay orada qaldı, amma yenə buraxdılar. Evimizi satdıq, gəlib Bakıda kirayədə qalırıq. Pulumuz həkimlərə getdi. Nə qədər tibb bacısına borcumuz var. Həkimlər deyir ki, sağalması uzun müddət tələb edir. Həm pul, həm yaxşı həkimlər lazımdır".

İlahə Budaqova bildirib ki, bacısını o günə salan Yaqub Əsədi və Cəmilə Əliyeva heç onunla maraqlanmır:

"Heç maraqlanmırlar ki, necə olub. Yaqub Əsədi atır narkoz həkimi Cəmilənin üstünə. Cəmilə deyir prokuror qızıyam, kimsə mənə bir şey edə bilməz. Vəkil tutmuşuk, hər yerə şikayət etmişik. Amma məsləyə baxan yoxdur".

Ailə deyir ki, ekspert rəyində həkimlərin təqsirli olduğu sübutunu tapıb. Amma klinika, əməliyyatı icra edən həkim və anestezoloq dəymiş ziyanı üzərinə götürmür. 

Məsələ ilə bağlı Yaqub Əsədi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab verməyib. Sosial şəbəkədəki profilində isə o, işinin başında olduğunu, əməliyyatlar icra etdiyi görüntüləri yayımlayır. 

Qeyd edək ki, "MedAura" klinikasındakı ölüm halları və uğursuz əməliyyatlarla bağlı mediada dəfələrlə şikayətlər yayımlanıb. 2019-cu ildə 1982-ci il təvəllüdlü Pərvanə Ağazadə adlı xanım da anesteziya edildikdən sonra ölüb.

2024-cü ildə isə Lətafət Məmmədova adlı xanım klinikada yalnış əməliyyat edildiyi ilə bağlı açıqlama vermişdi. Burunda çəpər əyriliyi əməliyyatı olunan qadın, ikinci dəfə həkimə müraciət edib. Problem aradan qalxması əvəzinə, o, daha böyük problemlərlə üzləşib. 2024-cü ildə daha bir pasiyent klinikanın baş həkimi Nigar Məhəmmədova tərəfindən burun əməliyyatı olunduğunu və uğursuz alındığını deyib. Nəticədə onun burnu atrofiya olub, toxumada nekrotik hal yaşanıb və əyilib. İkinci əməliyyatı Yaqub Əsədi tərəfindən edilib. Lakin bu da uğursuz olub. O, üçüncü dəfə başqa klinikada əməliyyata girib.

Bir neçə ay əvvəl isə Fərizə Hacıyeva adlı xanım sözügedən klinika bədənşəkilləndirmə əməliyyatı etdirdiyini və bədəninin çürüdüyünü açıqlayıb.  Onu da Nigar Məhəmmədova əməliyyat edib. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:292
embedMənbə:https://axsam.az
archiveBu xəbər 20 Noyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri