Icma.az
close
up
RU
Mədə və bağırsaq üçün faydalı və zərərli qidalar Ekspert açıqladı

Mədə və bağırsaq üçün faydalı və zərərli qidalar Ekspert açıqladı

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Yağlı və qızardılmış yeməklər mədə və bağırsaq üçün ən zərərli qidalar hesab olunur. Bundan əlavə, qazlı içkilər, kolbasalar və tünd çay da zərərlidir”.

Ölkə.az “İzvestiya”ya istinadla xəbər verir ki, bu sözləri rusiyalı həkim İrina Lyalina deyib.

Onun sözlərinə görə, faydalı məhsullar arasında isə sıyıq, bəzi meyvələr və kisel var:

“Yağlı, qızardılmış yeməklər ağır həzm olunduğuna görə, ürəkbulanma, köp, qastrit və hətta mədə xorası yarada bilər. Eyni zamanda, acı ədviyyatlar və istiotlar da mədənin selikli qişasını qıcıqlandıraraq qastrit və xoraları daha da ağırlaşdıra bilər”.

Həkim bildirib ki, fastfood kimi qidalar da zərərlidir:

“Çünki bu yeməklər doymuş yağlar, duz və konservantlarla zəngindir, bu da həzm sistemini yükləyir, mikrofloranı pozur və asılılıq yaradır. Qazlı içkilər də zərərlidir. Bunlar qarında köp yaradır, mədənin selikli qişasını qıcıqlandırır və reflüks-ezofagit xəstəliyinin inkişafına səbəb ola bilər. Bundan başqa, kolbasa və hisə verilmiş məhsulların tərkibində çoxlu duz, yağ və süni qatqılar var ki, bu da bağırsağın fəaliyyətini poza bilər.

Kofe və tünd çaylar da xüsusilə acqarına içildikdə zərərlidir, çünki mədənin turşuluğunu artırır və selikli qişanı qıcıqlandırır. Alkoqol isə birbaşa mədənin selikli qişasını zədələyir, bağırsağın hərəkət funksiyasını (motorikasını) pozur və mikrofloranın balansını dəyişir. Buna görə də, o da zərərli məhsullar siyahısına daxildir”.

Ən faydalı məhsullar sırasında mütəxəssis yağsız ətlərə üstünlük verib:

“Məsələn, toyuq, hinduşka. Bu ətlər asan həzm olunur və mədəni qıcıqlandırmır. Tərəvəzlər, xüsusilə bişirilmiş halda olanlar məsələn, yerkökü, balqabaq, kabaçki liflə zəngindir. Bunlar bağırsaq hərəkətini yaxşılaşdırır və iltihabları azaldır”.

Kəsmik, kefir, yoqurt və ryajenkanın da mədə üçün faydalı olduğunu bildirən ekspert qeyd edir ki, bu məhsullar bağırsaq mikroflorasını yaxşılaşdırır və həzmi stimullaşdırır.

“Tam taxıllı çörək, qarabaşaq yarması və düyü – bunlar liflə zəngindir, bağırsaqdakı faydalı bakteriyalar üçün qida rolunu oynayır. Eləcə də yulaf sıyığı selikli qişanı örtür, bağırsaq hərəkətini yaxşılaşdırır, bağırsağı yumşaq şəkildə təmizləyir,” – deyə ekspert əlavə edib.

Meyvələrə gəldikdə isə, həkimin sözlərinə görə, bəziləri mədə turşuluğunu artıra və ya yüksək qlikemik indeksə malik ola bilər. Amma banan və bişmiş alma həm lif, həm də pektinlərlə zəngindir və selikli qişanın sağalmasına kömək edir.

“Quru meyvələrdən hazırlanan kisel və kompotlar çox faydalıdır, onlar selikli qişanı örtür və həzmi yaxşılaşdırır”, - deyə mütəxəssis əlavə edib.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Aprel 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri