Icma.az
close
up
RU
Mədə yanğısından əziyyət çəkənlərə MÜJDƏ Dərmana pul xərcləməyəcəksiniz

Mədə yanğısından əziyyət çəkənlərə MÜJDƏ Dərmana pul xərcləməyəcəksiniz

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mədə yanğısı günün istənilən anında qəfil ortaya çıxaraq narahatlığa səbəb ola bilər. Lakin Amerikalı gastroenteroloq Cosef Salhab bu narahatlığı cəmi bir neçə dəqiqə ərzində, üstəlik dərman istifadə etmədən aradan qaldırmağın mümkün olduğunu bildirib.

Milli.Az xəbər verir ki, bu barədə həkim özünün "Instagram" səhifəsində paylaşım edib.

Nə kömək edir?

Mədə yanğısı - adətən mədə turşusunun qida borusuna keçməsi nəticəsində yaranan yanma hissidir.

Dr. Salhab bu vəziyyətə qarşı iki sadə və təsirli üsul tövsiyə edir:

"Şəkərsiz saqqız və ya boğaz konfetlərindən istifadə edin və gəzməyə başlayın. Bir neçə dəqiqə içində yanğının azaldığını görəcəksiniz".

Bu üsul ağızda tüpürcək ifrazını artırır, tüpürcək isə qida borusuna keçərək turşuya qarşı qoruyucu qat yaradır. Bundan əlavə, çeynəmə hərəkəti bədəni yemək yeyildiyinə "inandırır", nəticədə qida borusu hərəkətə keçərək artıq turşunu oradan uzaqlaşdırır.

Gəzinti də kömək edir

Araşdırmalar göstərir ki, müntəzəm gəzinti həzm sisteminə müsbət təsir edir - iltihabı azaldır, həzm prosesini yaxşılaşdırır. Bu səbəbdən, yeməkdən dərhal sonra uzanmaq əvəzinə qısa bir gəzinti etmək tövsiyə olunur. Gəzinti həm də qan şəkərini tənzimləyir, ömrü uzadır və stressi azaldır.

Mədə yanğısının əsas səbəbləri:

Həddindən artıq yemək - mədənin həddindən artıq dolması və təzyiqin artması nəticəsində turşu qida borusuna keçir;

Qızartma və ədviyyatlı yeməklər - turşu istehsalını artırır;

Qəhvə, alkoqol, şokolad və qazlı içkilər;

Siqaret çəkmək - turşuluğu stimullaşdırır;

Stress - mədənin hərəkətliliyini pozur və turşuya qarşı həssaslığı artırır;

Yeməkdən dərhal sonra uzanmaq - turşunun geri qayıtmasına şərait yaradır;

Hamiləlik və ya artıq çəki - mədəyə təzyiq artdığı üçün reflüks yaranır.

Bu sadə üsullar, xüsusilə dərmansız həll yolları axtaranlar üçün əla alternativ hesab olunur.

Kənan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri