Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Mədəbağırsaq infeksiyalarının qarşısını necə alaq? TƏBİİ MÜALİCƏ ÜSULLARI

Mədəbağırsaq infeksiyalarının qarşısını necə alaq? TƏBİİ MÜALİCƏ ÜSULLARI

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsti havalarda mədə-bağırsaq infeksiyaları, qarın ağrısı, ishal və qusma kimi şikayətlər artır.

İnfeksiya bir neçə günə öz-özünə keçə bilir, lakin qusma və ishal çoxalınca bədəndən su və elektrolit itir, bu zaman mütləq həkimə müraciət etmək, xəstəxanaya getmək lazımdır.

İnfeksiyalardan qorunmaq üçün ən vacib qayda əlləri tez-tez yumaqdır. Əldən qidaya keçən mikroorqanizmlər həzm sistemində infeksiyalara səbəb ola bilir. Tualetdən istifadə etdikdən, ev işləri və bağçılıqla məşğul olduqdan, ev heyvanlarına toxunduqdan sonra əllərinizi mütləq yuyun. Qida məhsullarına toxunmazdan əvvəl əllərin yuyulması çox vacibdir. Əllər barmaqların araları da daxil olmaqla bol sabunlu su ilə ən azı 30 saniyə sürtülərək yuyulmalıdır.

Gigiyena əsasdır. Uyğun olmayan mühitlərdə və ya açıq yerdə uzun müddət saxlanılan qidalar mədə-bağırsaq infeksiyasının ən böyük səbəbi sayılır. İsti yerdə mikroorqanizmlər asanlıqla çoxalaraq mədə-bağırsaq infeksiyalarına səbəb olur.

Açıq şəkildə satılan ərzaq və içkilərdən, saxlama müddəti keçmiş məhsullardan, pasterizə olunmamış süd və məhsullarından uzaq durun. Yeməkləri soyuducudan uzun müddət kənarda saxlamayın.

Çiy tərəvəz və meyvələri bol təmiz su ilə yuyun.

Uzun müddət açıq yerdə saxlanılan souslu, mayonezli və qaymaqlı qidalar, xüsusilə açıq bufetlərin təqdim olunduğu yerlərdə infeksiya mənbəyi ola bilər.

Çəngəllərin, bıçaqların və qaşıqların təmiz olduğundan əmin olun. Yeməklərə çılpaq əllərlə toxunmayın.

İçkilərə əlavə olunan buza diqqətli olun. Xüsusən yay aylarında infeksiyaların ötürülməsində su mühüm rol oynayır. Kran suyu və nəzarətsiz içməli sudan çəkinin. Lazım gələrsə, suyu qaynadıb için. İçkiləri sərinlətmək üçün onlara əlavə etdiyiniz buzla diqqətli olun, çünki hətta buz da infeksiya mənbəyi ola bilir. Müəssisələrdə kran suyundan buz hazırlamaq və buz maşınlarını gündəlik təmizləməmək buzda infeksiyanın ən böyük səbəblərindən biri olur.

Mənşəyi məlum olmayan suyu istifadə etməyin. Xüsusilə yay aylarında su ən mühüm çirklənmə mənbəyi ola bilir. Təmizliyinə əmin olmayan yerlərdən su içilməməlidir.

Yayın istisində sərinləmək üçün girilən hovuzlar və çirkli dənizlər də infeksiyaya səbəb ola bilər. Xüsusilə hovuzların təmizlənməsinin uyğun şərtlərdə və tez-tez aparıldığına fikir verin. İzdihamlı və yaxşı təmizlənməmiş hovuzlar mədə-bağırsaq infeksiyaları, eləcə də gözlər üçün risk yaradır. Suyu udmayın.

Yaxşı bişmiş yeməklərdən istifadə edin. Xüsusilə ət, toyuq, balıq kimi proteinlərin yaxşı bişdiyinə diqqət yetirin. Yeməklərin düzgün bişirilməsi bakteriyaların artmasının qarşısını alır.  

İctimai tualetlər mikrob mənbəyi ola bilir. Tualetlərin təmiz olması, mədə-bağırsaq infeksiyalarından əziyyət çəkən insanların istifadə etdiyi tualetlərin mütəmadi olaraq təmizlənməsi, ortaq dəsmallardan istifadə edilməməsi çox vacibdir.

Mədə-bağırsaq infeksiyası ilə qarşılaşanlar nə etməlidir?

İnfeksiya müddətində bədəninizin su, duz və mineral dəstəyini təmin edin. İshaldan qurtulana qədər yağsız və az lifli yeməklər yeyin. Qarınişləmə zamanı yağsız şorba, az yağlı pendir, qatıq, qaynadılmış kartof, alma, şaftalı, banan və yerkökü kimi qidalardan istifadə edin. İshal dövründə kəpək çörəyi, yağlı və şəkərli qidalar, ədviyyatlar, çoxlu pulpa olan tərəvəz və meyvələrdən uzaq durun. Qəhvə və çay orqanizmdən maye itkisinə səbəb olduğu üçün ishal zamanı bunlardan uzaqlaşıb bol su için. İshal əleyhinə dərmanları həkimə müraciət etmədən istifadə etməyin. Çünki anti-ishal dərmanlarının özbaşına istifadəsi bağırsaq hərəkətini ləngidir, həzm sistemində zərərli mikroorqanizmlərin xaric olmasını dayandırır və bağırsaq xəstəliyini ağırlaşdıra bilir.

Uzun müddət davam edən, müalicəyə cavab verməyən, qanlı və selikli ishal zamanı mütləq qastroenteroloqa müraciət etmək lazımdır, çünki bu, bağırsaq xəstəliyi ola bilər.

Bitki mənşəli müalicələr mədə-bağırsaq infeksiyası üçün faydalıdır.

Limonlu su bağırsaq infeksiyası üçün bitki mənşəli müalicə tövsiyələri arasında yer alır və bağırsaqlardakı iltihabı təmizləməyə kömək edir.

Ev şəraitində bağırsaq infeksiyasını müalicə edərkən gündə 2 diş çiy sarımsaq yemək məsləhət görülür.

Zəncəfilin tərkibindəki antibakterial maddələr infeksiyanın yayılmasının qarşısını alır.

Sarıkök bağırsaqlarda yaranan və yayılan infeksiyanın qarşısını almaqda təsirlidir.

Su ilə qarışdırılan bal bağırsaqlarda infeksiyanı təmizləyir.

Nanə çayı bağırsaqları rahatlaşdıran bitki çayıdır, həm iltihabı təmizləyir, həm də bağırsaqların daha sağlam işləməsinə kömək edir.

Kartof suyu faydalıdır. Bir ədəd kartofun qabığını soyub yaxşıca yuyun, sürtgəcdən keçirin, suyunu süzün və müntəzəm olaraq təzə için.

Kətan toxumu bağırsaq infeksiyası prosesində bağırsaqları toplayan və həzmi asanlaşdıran bitki mənşəli əlavədir.

Evdə hazırlanmış qatıq bakteriyaların çıxarılmasını asanlaşdırır, immun sisteminizi gücləndirir və infeksiyadan xilas olmağa kömək edir.

Bağırsaqları yoran iltihabı təmizləmək üçün çiy soğan yemək məsləhətdir.

 TRT 

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri