Icma.az
close
up
RU
Mədənin altında sağlamlığın önündə

Mədənin altında sağlamlığın önündə

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Mütəxəssislərin fikrincə, alkoqol, siqaret, düzgün qidalanmamaq və hərəkətsizlik bədənin ən vacib orqanlarından biri olan mədəaltı vəzi sıradan çıxarır.

Kiçik, lakin həyat üçün vacib orqan olan mədəaltı vəz qidanın parçalanmasına kömək edən fermentləri və qan şəkərinin səviyyəsini tənzimləyən insulin və qlükaqon kimi hormonlar hazırlayır. Mədəaltı vəzin zədələnməsi iltihaba (pankreatit), şəkərli diabetə, bəzi hallarda isə xərçəngə səbəb olur. Buna görə də hansı vərdişlərin bu orqana zərər verə biləcəyini bilmək vacibdir.

Kinqston Universitetinin baş müəllimi, tədqiqatçı Dipa Kamdarın rəhbərlik etdiyi “The Conversation” jurnalında tədricən mədəaltı vəzini zədələyən təhlükə barədə söhbət açılıb. Məqalədə qeyd olunur ki, çox alkoqollu içki qəbul etmək pankreatitin əsas səbəblərindən biridir. Kəskin pankreatit şiddətli qarın ağrısı, ürəkbulanma və qusma kimi özünü göstərir və təcili müalicə tələb edir. Mədəaltı vəzi toxumasının çapıqlanması və funksiyasını itirirməsi həzm problemləri, vitamin və yağların malabsorbsiyası, diabet və mədəaltı vəzi xərçəngi təhlükəsinin artması ilə nəticələnir.

Tədqiqatçılar bildirirlər ki, spirtli içki mədəaltı vəzinin özündə həzm fermentlərinin erkən aktivləşməsinə səbəb olur, mədəaltı vəzi mayelərini qalınlaşdırır, kanalları bağlayan kiçik daşlar yaradır. Nikotin və tüstünün digər komponentləri mədəaltı vəzi hüceyrələrində kalsium səviyyələrində dəyişikliklərə səbəb olur, DNT-ni zədələyir və xüsusən də mədəaltı vəzi xərçəngi hallarının təxminən 90 faizində anormal olan KRAS genində mutasiya təhlükəsini artırır.

Doymuş yağlar, ət və karbohidratlarla zəngin qidalar da mədəaltı vəzi zəiflədir. Yüksək şəkər qəbulu zamanla insulin müqaviməti yaradır və mədəaltı vəzi xərçəngi törədə bilir.

Piylənmə zamanı yağ mədəaltı vəzin özündə toplana bilər. Bundan əlavə, piylənmə bədəndə xroniki iltihabı artırır və öd kisəsində daşlaşma yaradır.

Fiziki fəaliyyət immuniteti gücləndirir piylənməni azaldır və bununla da pankreas təhlükəsini azaldır.

Pankreas xəstəlikləri həyat üçün təhlükə yarada bilər. Əgər davamlı qarın ağrısı, süni arıqlama, iştahsızlıq, ürəkbulanma, qusma, sarılıq və xroniki yorğunluq kimi əlamətlərdən hər hansı biri baş verərsə, mütləq həkimə müraciət etmək və tibbi müayinədən keçmək lazımdır.

Vüsalə BAYRAMOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Dekabr 2025 00:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see317

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see300

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see298

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see247

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see214

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see212

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see210

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see208

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see208

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see206

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see204

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see202

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see188

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see184

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see180

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see180

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see171

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see165

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri