Mədəniyyət abidələrinin təbliğində reklamlardan istifadə edilməsi təklif edilib
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mədəni abidlərimizin qorunması ilə bağlı aparılan təbliğat kifayət qədər güclü deyil. Təəssüf ki, şəhər məkanında reklam lövhələrinə baxanda rast gəlinir ki, müxtəlif kommersiya elanları yerləşdirilir, amma ictimaiyyətin diqqətini çəkməsi və maarifləndirici rolu olan materiallar çox azdır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bugünkü plenar clasında çıxışı zamanı deyib.
Deputat qeyd edib ki, bu, həm də əhəmiyyətli bir imkan itkisi deməkdir:
“Olmaz ki, həmin lövhələrdə bizim tarixi-mədəni irsimizin, abidələrimizin fotoları və məlumatları təqdim olunsun? Bu, həm vətəndaşların mədəni irsə marağını artırar, həm də abidələrin qorunmasına ictimai dəstək formalaşdırar".
O həmçinin vurğulayıb ki, universitetlərdə ixtisasdan asılı olmayaraq mədəni irsin qorunmasına dair təbliğat aparılmalıdır:
"Hər bir gənc, hər bir tələbə bilik və təhsilini bu istiqamətdə də istifadə etməli, mədəni abidələrimizin qorunması məsələsində fəal iştirak etməlidir. Onlar gələcəyin icra başçıları, nazirləridir.Bu, yalnız mədəniyyətin qorunması deyil, eyni zamanda ölkəmizin tarixi və milli dəyərlərinə hörmətin artırılması deməkdir".
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 26 Dekabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















