Icma.az
close
up
RU
MƏDƏNİYYƏT İŞÇİLƏRİ YAZIÇI İSMAYIL QARAYEVİN EV MUZEYİNİ ZİYARƏT ETDİLƏR

MƏDƏNİYYƏT İŞÇİLƏRİ YAZIÇI İSMAYIL QARAYEVİN EV MUZEYİNİ ZİYARƏT ETDİLƏR

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qarqucaq və Zeyvə kənd folklor evi, Səfikürd kənd sənətkarlıq evi, Qarqucaq və Səfikürd kənd kitabxana işçilərinin ekskursiyası (14.05.2025)

14 May 20025-ci ildə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qarqucaq və Zeyvə kənd folklor evi, Səfikürd kənd sənətkarlıq evi, Səfikürd kənd sənətkarlıq  klubu, Səfikürd kənd kitabxana filialı həmçinin Tap Qaraqoyunlu mədəniyyət evi və kənd kitabxana filialının işçiləri birlikdə SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı İsmayıl Qarayevin  Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində yerləşən ev muzeyinə ekskursiya etdilər, burada 18 May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar "Bir toxunuş, min dəyər" adlı tədbir keçirdilər.

Ekskursiya iştirakçıları Tap Qaraqoyunlu kənd tam orta məktəbinin direktoru Sevinc Abbasova və müəllim Rübabə İsmayılova ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun adını daşıdığı Tapqaraqoyunlu kənd tam orta məktəbinin qarşısında yerləşən büstünü, Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin və itkinlərinin kəndin mərkəzində yerləşən xatirə ansamblını ziyarət edərək, abidələrin önünə tər çiçək dəstələri qoyaraq və çıxışlar etdilər.

İsmayıl Qarayevin vaxtı ilə yaşadığı ünvana gələn ekskursiya iştirakçıları yazıçının yaşayıb yaratdığı həyəti gəzdilər, onun mənzili, iş otağı, kitabxanası, ailə şəkilləri və şəxsi əşyaları ilə tanış oldular. Burada iştirakçılara yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Ekskursiya iştirakçılarına yazıçının övladı Vəsimə İsmayılqızının adından yazıçının müxtəlif illərdə çap olunmuş kitablarından nümunələr hədiyyə edildi. Sonra tədbir iştirakçıları yazıçı İsmayıl Qarayevin və mərhum həyat yoldaşı Leyla xanımın Tapqaraqoyunlu kənd qəbristanlığında yerləşən məzarları ziyarət etdilər.

Tədbir zamanı xatirə şəkilləri çəkildi.

Ekskursiya iştirakçılarına əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin  üzvü İskəndər Səklikov və yazıçının qohumu Səxavət Əmirov bələdçilik etdilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 May 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri