Mədəniyyət komitəsinin iş planı təsdiqləndi
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin Mədəniyyət komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planı təsdiqlənib.
Modern.az xəbər verir ki, sənədə əsasən, payız sessiyası müddətində Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinin Milli Məclisin müzakirəsinə çıxarılması nəzərdə tutulur.
Bununla yanaşı, Milli Məclisin digər komitələrindən daxil olan qanun layihələrinin müzakirəsi, həmin sənədlərlə bağlı rəy və təkliflərin hazırlanması da Mədəniyyət komitəsinin payız sessiyasında həyata keçirəcəyi işlər sırasında yer alır. İş planına əsasən, komitənin iclaslarına aidiyyəti qurumların nümayəndələri dəvət olunacaq, müvafiq məsələlərlə bağlı dinləmələr keçiriləcək. Komitə həmçinin sessiya müddətində vətəndaşların qəbulunu həyata keçirəcək, daxil olan təklif, ərizə və şikayətlərlə bağlı iş aparacaq.
Bundan başqa, 2026-cı ilin payız sessiyası başa çatdıqdan sonra komitənin fəaliyyəti ilə bağlı hesabat hazırlanaraq müzakirə olunacaq. Hesabatın hazırlanması və müzakirəsinin dekabr ayında keçirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 15 Sentyabr 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















