Mədəniyyət naziri: Qarabağda və Şərqi Zəngəzurda bir çox tarixi abidə bərpa olunmaqdadır
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Azad edilmiş ərazilərdə tarixi abidələrin inventarlaşması artıq başa çatıb və onların bərpasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.
O bildirib ki, Böyük Qayıdış Proqramı çərçivəsində tarixi abidələrin bərpası istiqamətində ciddi addımlar həyata keçirilir, çoxsaylı layihələr icra olunur: “Eyni zamanda, bütövlükdə mədəniyyət infrastrukturunun bərpası istiqamətində də ciddi işlər həyata keçirilir. Tarixi abidələrin inventarlaşdırılması həyata keçirilib və artıq bərpasına başlanılıb. Qarabağda və Şərqi Zəngəzurda bir çox tarixi abidələr bərpa olunmaqdadır. Sonuncu dəfə bərpa etdiyimiz layihə dövlət başçısının açılışını etdiyi Ağdam İmarət Kompleksi olub. Hazırda da tarixi abidələrimizin bərpası istiqamətdə işlər davam etdirilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 26 Fevral 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















