Mədəniyyət naziri sükutu pozdu: Açıqlamalar olacaq
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Azərbaycanın zəngin mədəni tarixi var və bu mədəniyyət Azərbaycan dövlətçiliyinin formalaşmasında ciddi və əsaslı təsirə malik olub".
Bakupost.az APA-ya istinadən xəbər verir ki bunu mədəniyyət naziri Adil Kərimli “Mədəniyyət və Hüquq: Müasir Çağırışlar Forumu”nda açılış nitqi zamanı deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin də dövlət siyasətində mədəniyyət anlayışı ana xəttə malikdir: “Onun Azərbaycan mədəni dəyərlərinin zənginləşməsi, gənc nəsildə yaradıcı potensialın inkişafı istiqamətində fəaliyyəti danılmazdır”.
Nazir bildirib ki, Azərbaycan mədəniyyəti ilə bağlı yeni yanaşmalar işlənib hazırlanmaqdadır.
“Bu model, bu baxışla bağlı yaxın zamanda əlavə açıqlamalar veriləcəkdir”, - o qeyd edib.
Adil Kərimli cəmiyyətdə mədəniyyətə fərqli baxışların qaçılmaz olduğunu da bildirib: “Mədəniyyət sosial məfhum və fenomendir. Bu mənada, mədəniyyətə yeni və geniş baxış formalaşmaqdadır. Hər şeyin başında mədəniyyət anlayışı dayandığı kimi, hüquq sistemində də mədəni dəyərlərimiz nəzərə alınmalı, bu əsasda qanunvericilik formalaşmalıdır”.
Adil Kərimli qeyd edib ki, mədəni kimlik tarixən formalaşır və biz hər birimiz bununla fəxr etməli, onu bizdən kənar tutmağa çalışan, neqativlik yaradan qüvvələrlə bərabər mübarizə aparmalıyıq: “Çünki Azərbaycan mədəniyyəti təkcə nazirliyin, yaxud mədəni xadimlərin işi deyil, bu, ümumən bütün Azərbaycan cəmiyyətini əlaqədar edən anlayış və prosesdir”.
Baxış sayı:83
Bu xəbər 10 Dekabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















