Mədəniyyət Nazirliyində tanınmış aşıq Ulduz Quliyeva ilə görüş təşkil olunub
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 19 iyun, AZƏRTAC
İyunun 19-da Mədəniyyət Nazirliyində çağdaş aşıq sənətinin tanınmış nümayəndəsi, Əməkdar mədəniyyət işçisi, Prezidentin fərdi təqaüdçüsü Ulduz Quliyeva (Aşıq Ulduz Sönməz) ilə görüş olub.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, sənətkarı 80 illik yubileyi münasibətilə təbrik edən mədəniyyət naziri Adil Kərimli onun Azərbaycan aşıq sənətinin inkişafına verdiyi töhfələrdən danışıb.
Qeyd olunub ki, Ulduz Quliyeva uğurlu yaradıcılıq yolu keçməklə yanaşı, yeni qadın aşıqlar nəslinin yetişdirilməsində də xüsusi xidmətlər göstərib. Bildirilib ki, ustad aşığın yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib.
Adil Kərimli Ulduz Quliyevanın Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldüyünü deyib və təltifi sənətkara təqdim edib.
Ulduz Quliyeva yaradıcılığına göstərilən diqqətə görə mədəniyyət nazirliyinə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və aşıq Ramin Qarayev də iştirak ediblər.
Sonda yubilyar sənətkarla xatirə şəkli çəkdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 19 İyun 2025 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















