Icma.az
close
up
RU
Mədəniyyət Nazirliyinə qarşı qarayaxma kampaniyasının sifarişçisi kimdir?

Mədəniyyət Nazirliyinə qarşı qarayaxma kampaniyasının sifarişçisi kimdir?

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son vaxtlar Mədəniyyət Nazirliyi ətrafında “stəkanda fırtına yaratmağa” bənzər cəhdlər müşahidə edilir. Xüsusilə sosial şəbəkə platformalarında ortaya atılan iddialara nəzər yetirdikdə bunu aydın görmək mümkündür. İddiaların əsassız olduğu da məlumdur, lakin prosesi müşahidə edəndə aydın olur ki, məqsəd hansısa “problemi” gündəmə gətirmək yox, sırf qarayaxma kampaniyası aparmaqdır.
Əsası olmayan hansısa iddia ortaya atılır, nazirlik bununla bağlı rəsmi açıqlama verir və iddianın yalan olduğu ispatlanır, lakin buna baxmayaraq, eyni iddiaların tirajlanması davam edir. Bu, qarayazma kampaniyasının klassik mexanizmlərindəndir. Belə bir misal var: “birinin üzərinə  palçıq atsalar, o, üzərini təmizləyənə qədər ətrafındakılar onu palçıqlı görür”. Bu nümunə baş verənləri tam izah edən ifadədir. 
Mədəniyyət Nazirliyi ilə bağlı baş verənlərdə də eyni üsuldan istifadə olunur: əsası olmayan iddia irəli sürülür, bu iddianın təkzib edilməsi və ictimaiyyətə çatdırılmasına qədər, artıq ictimaiyyətdə müəyyən qədər də olsa, mənfi rəy formalaşdırılır. 
Bəs bu kampaniya niyə aparılır və əsas təşkilatçıları kimlərdir?
Baş verənləri analmaq üçün bu suala cavab tapmaq zərurəti var. Mədəniyyət Nazirliyinin fəaliyyəti qənaətbəxş hesab olunur. Bunu mədəniyyətimizin qorunması və beynəlxalq müstəvidə təbliğ edilməsində, o cümlədən, son illər kino sənayesinin inkişafında və teatrların durğunluqdan çıxmasında görmək olar. Əslində Mədəniyyət Nazirliyinin fəaliyyətində əvvəllər mövcud olmuş neqativ halların aradan qalxması Prezident İlham Əliyevin 2019-cu ildə başladığı kadr siyasətinin məntiqi nəticəsi hesab oluna bilər.
Kadr islahatları nəticəsində Mədəniyyət Nazirliyi də korrupsiyaya bulaşmış keçmiş rəhbərlikdən təmizləndi. Bu dəyişikliklərdən sonra mədəniyyət sahəsindəki neqativlər də tədricən aradan qalxdı. Mədəniyyət Nazirliyinin rəhbərliyi tərəfindən mədəniyyət sektorunda şəffaf və sağlam mühit formalaşdırdılması, korrupsiya hallarının aradan qaldırılması istiqamətində sistemli addımlar atılır. Məhz bu fəaliyyət müəyyən qrupların müqavimətinə səbəb olur.
Bu qrupların izi dövlətə xəyanət ittihamı ilə həbs olunan Ramiz Mehdiyevə qədər gedib çıxır. O qədər də təəccüblü deyil. Çünki Ramiz Mehdiyevin ölkədə özünə bağlı “beşinci kalon” formalaşdırdığı məlumdur və bu şəbəkə bütün sektorlarda, o cümlədən, mədəniyyət sektorunda da təmsil olunurdu. Təsadüfi deyil ki, Ramiz Mehdiyevin “beşinci kalon” adlanan komandasının üzvləri arasında keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin də adı tez-tez çəkilir. Mehdiyevin vəzifədən çıxarılması ilə ona bağlı rəhbər vəzifədəki şəxslər də uzaqlaşdırıldı. Lakin şəbəkə tamamilə təmizləndimi? Bunu demək çətindir. Çünki Mehdiyevin qurduğu şəbəkə təkcə müxtəlif nazirliklər və dövlət qurumlarının rəhbər şəxslərindən ibarət deyildi, komandaya hər sektor üzrə çoxsaylı vəzifəli şəxslər daxil olublar və bu gün də həmin şəxslərin vəzifədə qaldığı istisna edilməməlidir. Şəbəkənin üzvləri əvvəlki kimi korrupsiyalaşmış fəaliyyət mexanizmlərini saxlayır, buna qarşı atılan addımları da süngü ilə qarşılayır. Mədəniyyət Nazirliyi ətrafında baş verənlərin kökündəki əsas səbəb də məhz budur. Rəhbərlik tərəfindən korrupsiyaya qarşı aparılan mübarizə, sağlam və şəffaf mühitin yaradılması səyləri illərlə formalaşmış qeyri-sağlam maraq qruplarının və korrupsioner dairələrin mənafeyinə uyğun gəlmədiyi üçün onların müqaviməti ilə qarşılaşır.
Mədəniyyətin əsaslarını sarsıtmaq niyyətində olan, uzun illərdir mədəniyyətin inkişafına kölgə salmaq, onun gələcəyinə mane olmaq istiqamətində fəaliyyət göstərən qruplar şəffaflaşdırma prosesinə mane olmaq üçün qarayaxma kampaniyasına başlayıb. Bu qrupların Ramiz Mehdiyevin təsirindəki şəxslərdən ibarət olduğu, yaxud onlar tərəfindən koordinasiya edildiyi aydın görünür. Məqsədləri Mədəniyyət Nazirliyinin rəhbərliyi haqqında əsassız iddialarla mənfi rəy yaratmaq, ictimai rəyi çaşdırmaq və korrupsiyaya qarşı atılan sistemli addımları axsatmaqdır.
Mədəniyyətimizin inişafı naminə bu sektordakı həmin şəxslərin neytrallaşdırılmasına ehtiyac var.
Vaqif Hüseynli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Noyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see217

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see175

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see172

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see153

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see150

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri